Kürd deputatlara böyük şok: Parlamentə buraxılmadılar

Kürd deputatlara böyük şok: Parlamentə buraxılmadılar Şimali İraqda keçirilən müstəqillik referendumundan sonra rəsmi Bağdad qərarlarının icrasına başlayıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, İraq parlamentinin bu gün keçirilən iclasına Şimali İraq Kürd Muxtariyyatını təmsil edən deputatlar buraxılmayıb.

İclasa ancaq 175 iraqlı deputat qatılıb. Parlamentin spikeri Səlim Cuburi və Şiə Koalisiyası referendumda səsverməyə gedən deputatların toxunulmazlığının götürülməsini tələb edib. Həmin deputatların siyahısı hazırlanır. Onların deputat səlahiyyətlərinin ləvği də gündəmdədir.

Xəzər
Tarix: 3-10-2017, 16:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}