4 nazirlik birləşir, RİH-lər ləğv olunur: Pirverdiyev, Həsənov və daha kimlər gedir... - Faktlar

4 nazirlik birləşir, RİH-lər ləğv olunur: Pirverdiyev, Həsənov və daha kimlər gedir... - Faktlar Gələn il də bəzi nazirlərin, komitə rəhbərlərinin, vəzifəli şəxslərin karyerası üçün əhəmiyyətli olacaq

Palitika.Az-a daxil olan məlumata görə, seçki ilində başı “kötük” üstündə olan yüksək vəzifəli məmurlardan bəziləri yola salınacaq.

Hökumətin tərkibində ciddi dəyişikliklər edilməklə bərabər struktur islahatları da davam etdiriləcək.


Məsələn, son zamanlar Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi müzakirə olunmaqdadır.

Gömrük Komitəsinin əsas işi gömrük vergilərinin yığılmasıdır və həmin vergilər ümumi vergilərin bir hissəsidir.

Azərbaycanda vergi qurumu ayrıca nazirlik kimi fəaliyyət göstərdiyi üçün məqbuldur ki, Gömrük Komitəsi nazirliyin yanında bir departament kimi fəaliyyət göstərsin.

Vergilər Nazirliyi ölkədə elektron hökuməti ilk və ən çox tədqiq edən dövlət qurumudur.

Xidmətlərin elektronlaşması səviyyəsinə görə Vergilər Nazirliyi MDB ölkələri içərisində öndə gedən bir qurum hesab olunur.

Qarşımızdakı il də mühüm dəyişikliklərdən biri də büdcə israfçılığına yol verən və izafi xərclərə səbəb olan qurumların ləğvi da gözləniləndir.

Məlumatlardan biri də “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev, Dövlət Əmlak Komitəsi sədri Kərəm Həsənov, Standartlaşdırma və Patent komitəsi rəhbəri Ramiz Həsənov kimi kadrların yola salınacağıdır.

Maliyyə və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi də gündəmdədir. Habelə, baş nazirin müavinlərindən Abid Şərifov, Yaqub Eyyubov vəzifəsindən azad oluna bilər.

Palitika.Az-a daxil olan məlumata görə, Azərenerji"nin də Dövlət Neft Şirkətinə birləşdirilməsi əsas məsələlərdəndir.

Bu birləşdirmələrlə yanaşı, yeni qurumların yaradılması da vacibdir. MDB ölkələrində tətbiq edilən əsas meyar rəqabətin müdafiəsi agentliyinin formalaşmasıdır.

Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsinin daha səmərəli olacağını bildirirlər.

Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabət tələb olunur. Bütövlükdə struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir.

Bunlar isə idarəetməni daha da asanlaşdıracaq və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxaracaq, qənaətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək. Bu cür struktur islahatları vaxtaşırı aparılmalıdır.

Paralel, eyni işi görən, bir-birinə yaxın olan sahələrin ayrı-ayrılıqda nazirlik kimi fəaliyyət göstərməsi yolverilməzdir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər nazirliyi olan ölkə yoxdur.

Halbuki, bir nazirliyin nəzdində fəaliyyət göstərə biləcək baş idarələr ola bilər. Hamısının ayrıca nazirlik olmasına ehtiyac yoxdur. Bu qədər nazirlik milyonlarla dövlət vəsaitinin əlavə xərclənməsidir.

Çünki hər nazirliyin saxlanması üçün büdcədən vəsait ayrılır, hər nazirin müavinləri, idarə işçiləri, yüzlərlə, minlərlə kadrı saxlamaq üçün vəsait tələb olunur.

Halbuki baş idarələrdə bu işçi qüvvəsinin 10-15 faizini saxlamaqla idarəetməni mükəmməl səviyyədə reallaşdırmaq olar.

Əsas məsələ büdcəyə qənaət edilməsidir. Bir çox ştatlarda işçilər yalnız işə gedib-gəlməklə məşğuldurlar.

Ortada konkret olaraq fəaliyyət yoxdur. Bu səbəbdən də bir neçə nazirliyin birləşdirilməsi labüddür.

İnzibati ərazi bölgüsündə də islahatlar həyata keçirilməlidir. Artıq mahal sisteminə keçilməsinin vaxtı çatıb. 120-130 rayonun 6-7 mahala bölünməsi daha məqsədəuyğundur.

Düzdür, idarəetmə islahatları iqtisadi böhranla bağlıdır. Amma ölkədə demokratik sistemin formalaşdırılması da bu islahatları tələb edir.

Mütləq şəkildə Azərbaycanın indiki rayon inzibati bölgü sistemi dəyişdirilməlidir. 120 icra başçısı, hərəsinin öz aparatı, işçiləri və s. var.

Palitika.Az
Tarix: 17-12-2017, 21:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}