Azərbaycan prezidenti MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış edib - YENİLƏNİB

Azərbaycan prezidenti MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış edib - YENİLƏNİB
MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Rusiya prezident Vladimir Putin Birlik ölkələrinin sosial-iqtisadi inkişafı, dövlətlərin sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qərarlar üzərində bundan sonra da çalışacaqlarını bildirib: "Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq".

Rusiya prezidenti MDB ölkələrinin terrora, transsərhəd cinayətkarlıq və narkotrafikə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirdiyini vurğulayıb.

Daha sonra digər dövlət başçıları çıxış edib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.

Daha sonra MDB liderlərinin görüşü bağlı qapılar arxasında davam edib.

20:48

Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir.

Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq. Azərbaycan prezidenti MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış edib - YENİLƏNİB
Tarix: 26-12-2017, 23:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}