Deputat: N.Pelosi bilərəkdən, yalan təxtibatla məşğuldur

"ABŞ Konqresində Nümayəndələr Palatasının sədri Nensi Pelosinin sentyabrın 17-dən 19-na qədər Ermənistanda baş tutan səfəri əslində regionda kifayət qədər kövrək sülh prosesi və təhlükəsizlik mühitinə sarsıdıcı zərbə endirmiş oldu".
SİAM.AZ xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat qeyd edib ki, N.Pelosi rəsmi İrəvana səfəri zamanı iki məqsəd güdürdü:
"Əsas məsələ öz vəzifəsini, postunu konqresdə qoruyub, saxlamaqdır. Çünki noyabr ayında keçiriləcək seçkilərdə o, yenidən erməni lobbi və diasporunun maliyyə dəstəyi ilə parlamentə düşmək istəyir. Həmçinin N.Pelosinin mənsub olduğu demokratlar partiyasının çox ciddi əlehdarları var. Onun vəzifədə qalmağının ABŞ-ın qlobal maraqları üçün çox ciddi təhdid yaradacağını hesab edirlər.
Bu baxımdan N.Pelosinin Tayvana səfərini xüsusi vurğulayırlar. Çünki onun həmin səfər az qala ABŞ və Çin arasında müharibəyə gətirib, çıxaracaqdı. Ermənistana gedişinin digər məqsədi isə anti-rusiya meyillərinin gücləndirilməsi və Ermənistanda ABŞ-ın mövqelərinin möhkəmlənməsi ilə bağlı məsələni özündə ehtiva edir.
Birinci məramdan qaynaqlanaraq, N.Pelosinin erməni lobbisi və diasporunu məmnun etmək və onların dəstəyini almaq üçün İrəvanda utanmadan, çəkinmədən Azərbaycan əleyhinə yalanla dolu informasiyalar səsləndirib. Anti-Azərbaycan mövqeyini ortaya qoyub. Son hadisələrdə - Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı təxribatlarında ölkəmizi ittiham edib.
Bizi günahkar adlandırıb. Rəsmi Bakının rəsmi İrəvan ərazisinə təcavüz etdiyini diqqətə çatdırıb. Ətrafındakı konqresmenlərlə gəlişinə isə Ermənistan ailəsinin bir üzvü kimi səfər etdiyini dilə gətirib. Hətta bir qədər də irəli gedib, Ermənistanın dörd - Azərbaycan, Türkiyə, Gürcüstan və İran tərəfdən sıxılmaqda olduğunu vurğulayıb.
Onun sözügedən açıqlaması yaşlanması, yaddaşını itirməsi, yaxud psixoloji problemlərinin mövcudluğundan irəli gəlib-gəlmədiyini deyə bilmərik. Amma hər halda N.Pelosi tutduğu vəzifəyə görə, İranın Ermənistanın yanında yer aldığından xəbərdar olmalı idi. Eyni zamanda İranın siyasi rəhbərliyi belə bir bəyanat səsləndirib ki, Ermənistan-Azərbaycan sərhədində dəyişiklik baş verməsi rəsmi Tehran üçün qırmızı xətdir. Belə olan halda kim kimi sıxır?!!
Parlamentari diqqətə çatdırıb ki, N.Pelosi bilərəkdən, yalan təxtibatla məşğuldur:
“Həmçinin səfərdən qayıtdıqdan sonra ABŞ konqresində ermənipərəst deputatlar ölkəmizə qarşı sanksiyaların tətbiqindən bəhs edirlər. Bununla bağlı xüsusi qanun qəbul etmək istəyirlər. Hesab edirəm ki, belə bir qərar imzalansa, bu, ABŞ Konqresinin ən böyük strateji səhvlərindən biri olacaq. Azərbaycanın yerləşdiyi coğrafiyanı unutmasınlar. Həmçinin ölkəmizin qonşu dövlətləri ilə ABŞ-ın münasibətlərini araşdırsınlar. Ondan sonra dövlətimizə dayandıqları mövqenin yanlışlığını anlasınlar. Belə bir addımın atılması ABŞ-ın region siyasətinə çox ciddi zərbə olar. Eyni zamanda təbii ki, Azərbaycanı da adekvat reaksiyalara məcbur edə bilər. Hesab edirəm ki, rəsmi Vaşinqton bütün bu məsələləri dərindən analiz etməlidir.
N.Pelosi və onun tərəfdarları kimi ermənipərəst konqresmen və senatorların ABŞ-ın strateji və qlobal maraqlarına deyil, daim erməni mövqeyinə qarşı öz etiraz səslərini ucaltmalıdırlar.
Bundan başqa, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi edir və neytral mövqedə dayandığını bildirir. Regionda sülhdən, tərəfdaşlıqdan, təhlükəsizlik mühitinin formalaşmasından bəhs edir.
Eyni zamanda heç kimi son sərhəd münaqişəsində günahlandırmır. Tərəfləri sülhə dəvət edir. Amma N.Pelosi və onun kimilər isə açıq şəkildə ermənipərəst mövqedə dayanırlar.
Əslində N.Pelosi ahıl yaşında nəticə və kötükcələrinin tərbiyəsi ilə məşğul olmalıdır, amma o, erməni lobbisi və diasporunu şad etmək, ABŞ-ın 3-cü vəzifəli şəxsi olmaq niyyətindən əl çəkmir".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 2 gün əvvəl Ermənistana səfər edib. Onun rəsmi İrəvana səfəri səlibçi təfəkkürü ilə müqayisə edilir.
Tarix: 21-09-2022, 22:17
-
Bu gün, 11:12
Şuşada sülhməramlıların "KamAZ"ı aşıb, ermənilərə məxsus avtomobillərdə yanğın olub
-
Bu gün, 10:48
Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin! - ETİRAZ
-
Bu gün, 10:38
Vardanyanın həbsi - üç sensasion versiya
-
Bu gün, 10:34
Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri: Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?
-
Bu gün, 10:30
Laçın yolunda asfalt örtüyü niyə dağıldı? - AAYDA-dan açıqlama
-
Bu gün, 10:29
Qarabağdan nə qədər erməni köçüb? - İrəvanın statistik fırıldağı
-
Bu gün, 10:28
Gərginləşən Moldova-Rusiya münasibətləri - Qərbin təlimatı, yoxsa...
-
Bu gün, 10:24
Blinken Əliyevi Qarabağ sakinlərinə geniş amnistiya verməyə çağırdı
-
Bu gün, 09:43
Şahin Bağırovun Qərb bölgəsindəki adamı xurma ixracına aman vermir - Prezidentə şikayət
-
Bu gün, 09:18
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi məhkəməyə verildi
-
Bu gün, 09:16
Siyəzənnfet NQÇİ görəsən qazma buruğunu(vışkanı) kim , hara, niyə və nə cür apardı və ya bundan rəhbərliyin xəbəri və ya əli var?
-
Bu gün, 09:14
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın ləğvi nə vaxt elan olunacaq?
-
Dünən, 23:29
İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - GƏLİŞMƏ
-
Dünən, 23:25
Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya etdilər
-
Dünən, 23:12
"LAL DEPUTAT" Kəmaləddin Qafarovun ÇOXBİLMİŞLİYİ... - KİMƏ GƏLİRSƏN...
-
Dünən, 23:05
Rəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb
-
Dünən, 23:03
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilib - VİDEO
-
Dünən, 23:00
Yaxın günlərdə Qarabağla bağlı bunu razılaşdıracağıq
-
Dünən, 22:57
Qorisdə bütün otellər qarabağlı qaçqınlarla dolub
-
Dünən, 22:56
"Ermənistanda Rusiya telekanallarını bağlamaq lazımdır" - Ermənistan KİV
-
Dünən, 22:50
Lənkəranda: Şəhər məktəbində dam, döşəmə sıradan çıxıb, yağış yağan kimi sinif otaqlarına damır…
-
Dünən, 22:48
Keçmiş hərbçi general Rəhim Cəfərovdan şikayətçidir – “Soruşdum ki, tək uşaqlar da əməliyyata gedəcək, məni tərxis etdirdi…”
-
Dünən, 22:34
İşdə xəsarət alan qazmaçı ödəniş edilməməsindən şikayətçidir
-
Dünən, 22:34
Vətəndaşı bezdirən süründürməçilikdən çıxış yolu varmı? - Hüquqşünas
-
Dünən, 22:30
Ukrayna ordusu bu ərazilərdən rusları çıxardır
-
Dünən, 22:24
Təhsildə baş alıb gedən rüşvətxorluq: “Nazirliyin yanında olan “makler”lər…”
-
Dünən, 18:56
İcra Başçısı Rafiq Manaflının şirkətini 160 min AZN-lik tenderdə qalib seçdi
-
Dünən, 18:49
İrəvan bəyanatdan bu bəndi ləğv edir...
-
Dünən, 18:44
Babayan Xankəndidən necə qaça bildiyini AÇIQLADI - Müfəttişlər 30 yaşlı gənclərdir...
-
Dünən, 18:40
Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir? - İDDİA
{sape_links}{sape_article}