Avropa qurumlarına qarşı “Azərbaycana sanksiya tətbiq edin” şantajı


 

Ermənilər Avropa qurumlarını guya Azərbaycandan neft-qaz asılılığına görə susmaqda ittiham edirlər

Ermənistan Xankəndinin guya blokadada saxlanılmasını bəhanə edərək dünya miqyasında Azərbayc anla bağlı bir sıra istiqamətlərdə təbliğat aparır.  Bu məqsədlə əllərinə düşən hər fürsətdə Azərbaycana sanksiya tətbiq olunmasına çağırır.
 Bugünlərdə Ermənistan parlamentinin sədri bəyan etdi ki, Azərbaycana sanksiya tətbiq olunması ilə bağlı 30 ölkəyə müraciət edib. Ancaq onların bu çağırışına heç bir ölkə əhəmiyyət vermədi. Ermənistanın bu cür siyasət apardığı bir vaxtda, bugünlərdə Davosda keçirilən forumda İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər erməni tərəfinin bu səylərinə vurulan bir zərbə, cavab idi.
Növbəti belə bir cəhd AŞ PA-da olub. Ermənistan Milli Assambleyasının AŞ PA-dakı nümayəndə heyətinin üzvü, “Hayastan” blokundan olan deputat Armen Gevorqyan Strasburqda Büro və Daimi Komitənin iclasında yenə də belə sərsəm tələblə çıxış edib. O iddia edib ki, “Azərbaycanın Avropaya neft və qaz ixracı” onun ermənilərə qarşı əl-qolunu açıb. Ermənistanın AŞ PA-dakı nümayəndəsi hesab edir ki, “susqunluq, Avropa Şurasının Azərbaycan hakimiyyətinin özbaşınalığına biganəliyi təşkilatı nüfuzdan salır”.
Aydındır ki, Azərbaycanın Avropa ilə imzaladığı qaz sazişlərindən sonra Ermənistan daha da məyus olub. Çünki bu, ölkəmizə əlavə nüfuzla yanaşı, həm də milyardlarla avro əlavə gəlir və dövlətimizin güclənməsi deməkdir. Bu səbəbdən indi ermənilər Avropa qurumlarını şantaj etməyə, onları guya Azərbaycandan neft-qaz asılılığına görə susmaqda ittiham edirlər. Amma bu cəhdlərin əbəs olduğunu sübut edən daha bir hadisə baş verib.  Belə ki, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazının tədarükü üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransı zamanı deyib. “Söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların inşasından və artıq mövcud olanların gücünün artırılmasından gedir. Avropa İttifaqına Azərbaycan qazının tədarükünün həcmini artırmaq üçün Avropada interkonnektorların sayı artırılmalıdır”, - o deyib. P.Siyarto həmçinin Macarıstanın Azərbaycanın 2027-ci ilədək Aİ-yə qaz tədarükünü ikiqat artırmaq planlarını təqdir etdiyini bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur. 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. Göründüyü kimi, ermənilərin şantajı işə yaramır, amma yenə də beynəlxalq miqyasda əks-fəaliyyətlərini davam etdirirlər.

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xalqı yüz illərdir erməni şantajının şahididir: “Ermənilər dünyada hər kəsi şantaj edir. Bu millət şantajı özü üçün peşə seçib. Onların tarixinə nəzər salsaq, hansı dövlətin ərazisində yaşayıblarsa, orada həmin dövləti şantaj ediblər. Onlar bu gün Rusiyada, Amerikada, Avropa ölkələrində və ümumiyyətlə, dünyanın hər yerində öz peşə vərdişlərini reallaşdırmaqla məşğuldurlar. Onlar Ermənistan adlı dövləti də beləcə şantajla yaradıblar. Onlar bu gün Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Rusiyanın müxtəlif ərazilərini özlərinin hesab edərək, bu yolda gecə-gündüz uydurmalar qurub qoşmaqla məşğuldurlar. Bu milli xəstəlik tarix boyu ermənilərin başına çox müsibətlər gətirsə də, onlar öz həyasızlıqlarından əl çəkmək niyyətində deyillər. Görünən budur ki, sona qədər bu yolla davam edib, sonda da yalan üzərində qurduqları dövlətlərini də itirəcəklər. Hər şey buna doğru gedir. Bizdə bir el məsəli var: “Çoxbilmiş quş dimdiyindən tələyə düşər”. İndi bu xəstə millət də “çoxbilmişliyindən” demək olar ki, tələyə düşüb. Bu gün Ermənistan bir dövlət kimi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalıb". 
Sabiq nazir qeyd etdi ki, bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağ torpaqlarında onların hansısa blokadadan danışmağına heç kim qulaq asmayacaq: “Ermənilərin səsini kəsmək üçün "quş qoymaq" xatirinə bəzi parlamentlərin qətnamələr qəbul etməsi o demək deyil ki, şantaja boyun əyilir. Xüsusən Avropanın Azərbaycan qazına ehtiyacının atdığı bir zamanda ermənilərin Avropa İttifaqını və Avropa Şurasını şantaj etməsinin ciddi nəticəsi ola bilməz. Enerjiyə ehtiyacı olan Avropa xeyirsiz Ermənistan adlı qondarma dövlətə və şantajçı ermənilərə görə Azərbaycan qazından imtina edəsi deyil. Proses ermənilərin zərərinə işləyir. Bu durumda batmaqda olan erməni başbilənləri saman çöpündən belə yapışmağa cəhd edəcəklər. Onlar bu çağırışları edərkən ümid edirlər ki, verdikləri təkliflərin hər hansı biri bəlkə alındı. Ancaq anlamaq istəmirlər ki, dünya artıq onların yalanlarından bezib və bu yalan göz yaşları ilə artıq aldatmaq qabiliyyətini itiriblər. Lakin bütün bunlara rəğmən bizim həqiqətləri dünyaya təbliğ edən maşınımız dayanmadan çalışmalıdır. Təbliğat ən güclü silahdır".
Tarix: 27-01-2023, 12:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}