Partiya sədri parlamentlə bağlı yeni təklif irəli sürüb - AÇIQLAMA

Partiya sədri parlamentlə bağlı yeni təklif irəli sürüb
"Hazırda deputat Oqtay Əsədov Milli Məclisdə dörd Siyavuş Novruzova bərabərdir. Ya da üç Ziyad Səmədzadəyə və ya iki Hikmət Babaoğluya".

SİAM.AZ bildirir ki, bunu Reyting.az-a Real Partiyasının sədri İlqar Məmmədov deyib.

O, deputatları şəxsi keyfiyyətlərinə görə deyil, təmsil elədiyi seçici sayı ilə müqayisə etdiyini vurğulayıb: "Əsədovun dairəsində 117 min seçici yaşayır, Novruzovun 27 min, Səmədzadənin 37 min, Babaoğlunun 49 min. Bu baxımdan, Hikmət Babaoğlu da öz növbəsində iki Siyavuş Novruzova bərabərdir. Buna baxmayaraq, hər deputatın cəmi 1 səsi var. Bu isə Konstitusiyadakı bərabərliyin pozulmasıdır”.

Adları sadəcə, nümunə üçün çəkdiyini deyən İ. Məmmədov iddia edir ki, pozuntu halları daha miqyaslıdır: “2020-ci ildə ölkədəki kiçik dairələrin ortalama 30 min seçicisi var idi. Ötən ay seçici siyahısı dəqiqləşdiriləndən sonra, ən çox böyüyən 6 dairənin hərəsinə 30 mindən çox, yəni hərəsinə azı 1 dairədəki qədər seçici əlavə edilib".

Məmmədov qeyd edib ki, 1+ milyon nəfərin köçü 2020-ci ildən sonra baş verməyib, sadəcə, indi nəzərə alınıb:

"Nisbətlər tam absurd səviyyəyə çatır. Hazırda ən böyük dairə ən kiçik dairədən 4,2 dəfə böyükdür. Ən böyük dairə orta birincindən 2 dəfə böyükdür. Dairələri bölə bilmiriksə, bəlkə seçkini ümumiyyətlə tam proporsional qaydada keçirək? İnsanlar partiyalara səs versin ki, bir deputat o birisinin ölçü vahidi olmasın…".
Tarix: 22-03-2023, 16:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}