Dərman bazarının liderləri ucuz dərmanları bazardan çıxardırlar - Belə deyirlər İDDİA


           
Dərman bazarının liderləri ucuz dərmanları bazardan çıxardırlar - Belə deyirlər İDDİA
Teref.az olaraq bu günlərdə əldə etdiyimiz xəbərin təsdiqini sosial şəbəkəlrdə rast gəldik.
Teref.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qərari ilə 800 adda dərman satışdan çıxardılır. Bunlar analgin ,menovazin ,biseptol.....və sairələridir. Teref.az - a danışan məlumatlı mənbənin dediyinə görə satışdan çıxardılan dərmanlar əslində ucuz dərmanlardırlar. Əslində satışa icazə verilmiş firma analoqları onlardan 10- 15 dəfə bahadırlar.
Məlumatlı mənbənin dediyinə görə dərman firmalarının lobbiçilərinin istəyi həyata keçir. Bu işdə Azəırbaycanda dərman bazarında söz sahibi olan "AVROMED" şirkətinin xüsusi rolu var. Başda dərman bazarının lideri "AVROMED" olmqla dərman bazarının söz sahiblər öz firma dərmanlarının bazarını genişləndirmək üçün bu gün bahalı dərmanların analoqu olan və illərin sınağından çıxmış bahalı dərmanların ucuz analoqlarını qanunla bazardan çıxardırlar. Bu da kasıb təbəqənin vəziyyətini dahada ağırlaşdırır.
Deyilənə görə Cavanşır Feyziyev "AVROMED" şirkətinin rəhbərliyindən çəkilib.
Lakin Teref.az olaraq qeyd etmək istəyirik ki, mediada gedən xəbərlərə görə "AVROMED" dərman firmasının sahibi millət vəkili Cavanşır Feyziyevdir və o bu şirkəti yenə yönləndirir.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Tarix: 26-07-2019, 09:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}