Anomal istilərin səbəbi tapıldı: Dünya hələ çox “yanacaq”


Anomal istilərin səbəbi tapıldı: Dünya hələ çox “yanacaq”

Alimlər Yerdə müşahidə olunan anomal soyuq və istinin səbəblərini tapıb.

Cebhe.info xəbər verir ki, bir çox ölkələrdə müşahidə olunan dəyişkən hava şəraitini mütəxəssislər iqlimlə əlaqələndirib. Rusiyanın bu sahə üzrə ən tanınmış mütəxəssislərindən olan Tatyana Pozdnyakova bildirib ki, belə isti hava 16-cı əsrdə Avropada müşahidə olunub. 

İndiki isti hava isə Avropaya Afrikada gedib. Hava kütlələrinin şimal-cənub istiqamətində hərəkət etməsi meridional proseslərin bir hissəsidir. Hava kütlələri Yerin meridianları boyunca hərəkət edir - bu iqlim dövrlərində dəyişikliyin təzahürü hesab olunur. Sakit Okeanın isti rütubətli havası şimala, qütb havası isə cənuba doğru nüfuz edir və isti hava kütlələri ilə toqquşmadan güclü yağışlar yaranır.

Normalda hava kütlələri qərbdən şərqə və şərqdən qərbə, paralellər boyunca hərəkət edir. Belə olanda hava daha sabit keçir. Qərb-şərq hərəkət dövrü bir qayda olaraq, 25-30 il davam edir. Meridional proseslər dövrü isə daha qısadır. Ancaq elm adamları müəyyən bir iqlim dövrünün uzunluğunu necə proqnozlaşdıracaqlarını hələ bilmirlər: Çünki meteoroloji müşahidələrin tarixi cəmi 170 ildir.

Tatyana Pozdnyakova  da qeyd edib ki, meteoroloqlar iqlim dövrlərinin dəyişməsinə nəyin səbəb olduğunu hələ müəyyən edə bilmirlər. Bu, planetin maqnit sahələrində dəyişiklik, astronomik amillərin təsiri, həmçinin insan fəaliyyəti (antropogen amil) ilə əlaqələi ola bilər.

Bu arada hazırda Almaniya, Fransa, Belçika və Hollandiya kimi bir çox ölkədə  42 dərəcə isti proqnozlaşdırılır. 


Tarix: 28-07-2019, 13:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}