Tısbağa sürətli internetimiz: - Problem niyə həll olunmur?



Tısbağa sürətli internetimiz: - Problem niyə həll olunmur?
Dövlət Statistika Komitəsinin (DSK) hər il açıqladığı hesabatlardan biri "Məhrumiyyətlərə və sosial inklüzivliyə dair" statistik müayinədir.

2020-ci il üçün belə hesabat bu ilin aprel ayında açıqlanıb. Məsələn, pandemiya ilində dərs və bəzi işlərin onlayn olduğu bir şəraitdə evində internetə qoşulmuş hər hansı kompüteri və ya telefonu olmayan ev təsərrüfatlarının xüsusi çəkisi Bakı şəhərində 6, Şəki-Zaqatala iqtisadi rayonunda isə 17 faizə bərabər olub.

DSK-nın "şəhər və kənd yerləri üzrə uzun müddət istifadə olunan əşyaların mövcudluğu" adlı hesabatına görə isə, Azərbaycanda ölkə üzrə hər 100 ev təsərrüfatına düşən internetə giriş qurğularının sayı 63-dür. Bu göstərici şəhərlərdə 73-ə, kəndlərdə isə 50-yə bərabərdir.

Hər 100 ev təsərrüfatının 45-də (şəhərlərdə 53, kəndlərdə 36) fərdi kompüter və ya noutbuk var. Rəsmi məlumata görə, Azərbaycanda sabit genişzolaqlı şəbəkədən istifadə səviyyəsi təxminən 55 faizdir.

Amma bu göstərici regionlar üzrə ciddi fərqlənir. Məsələn, Bakıda ev təsərrüfatlarının 74, regionlarda isə 34 faizinin bu şəbəkəyə çıxışı təmin olunub. Yəni bölgələrdə, ən yaxşı halda, hər üç evdən birinin genişzolaqlı internetə çıxışı var.

Pandemiya ilə bağlı iş formasının “Homeofis” şəraitinə keçməsi ilə əhalinin internetə daha çox ehtiyacı yarandı. Bu dövrdə bəzi istifadəçilər internetdə yaranan problemlə bağlı etirazlarını bildirdilər. Xüsusilə də ölkədə distant təhsilə keçidlə bağlı internetdə problem özünü daha çox göstərdi.

Bəs bu gün ölkədə internetin keyfiyyət göstəriciləri həqiqət əks etdirirmi?

İKT üzrə ekspert Elvin Abbasov Cebhe.info-ya bildirdi ki, ölkə səviyyəsində adambaşına düşən internet miqyasına baxmalı olsaq görərik ki, pandemiya dövründə daha da səmərəlilik artıb:

“Ümumiyyətlə, Azərbaycanda hazırda bütün vətəndaşlar internet istifadəçisidir. Demək olar ki, ölkə səviyyəsində 10-20 faiz internetdən istifadə etməyən insan var. DSK-nin statistikasında genişzolaqlı internet nəzərdə tutulub. Yəni ölkədə inzibati ərazilərə, kəndlərə, yaşayış bölgələrinə çəkilən genişzolaqlı internet, ondan ev telefonlarına çəkilən internet xətti özünü göstərir.

Bu meyarla ölkədə internet istifadəçilərini götürsək, aldadıcı bir göstərici olacaq. Çünki hazırda insanlar daha çox mobil telefonlardan interneti və işlərini həll edirlər. Hazırda planşetlər öz aktuallığını qoruyur. Ancaq personal kompüterlər, PS, noutbuklar get-gedə azalır. İş insanları daha çox planşetlər, telefonlardan istifadə edirlər. Bunların da əksəriyyəti GSM-lə işləyir və öz internetləri var. Statistikaya başqa baxış bucağından baxsaq görərik ki, ölkədə internet isitifadəçisi kifayət qədər var və 13 yaşından yuxarı insanların çoxu, hətta şagirdlər öz tədris proseslərini internetlə aparırlar. Pandemiya dövründə bu sahə aktuallıq qazandı və internet istifadəçisi ilə bağlı real statistika almaq istəyiriksə, bunu GSM şirkətləri üzərindən aparmaq lazımdır”.

Ev təsərrüfatlarına düşən kompüter sayına gəldikdə, ekspert deyir ki, bu statistikanı hər internetə qoşulan istər GSM, istər mobil, istər genişzolaqlı olsun, İP adreslərindən almaq olur:

“Ancaq bu real statistika həqiqi internet şərtlərini bizə göstərmir. Çünki orada sırf noutbuk, personal nəzərdə tutulub. O göstəricilər bizim ATS-dən verilən internetdən alınan göstəricilərdir. Fiberoptik xətlərlə gedib kəndlərə çıxan, şəhərlərdə ev telefonları üstündən alınan internetlə ölkədəki internet istifadəçilərinin göstəricilərini müəyyən edə bilmərik.

Reallığı əks etdirən mənbə kimi GSM şirkətlərinin, mobil telefonlarla istifadəçilərin verdiyi statistikalar daha düzgün ola bilər. Ölkədə neçə milyon aktiv sosial şəbəkə istifadəçisi varsa, məsələn, “Facebook”u götürsək, o qədər sayda ölkədə internet istifadəçisi var. Ahılları, uşaqları çıxsaq hər kəsdə mobil telefonlar var və sosial şəbəkə istifadəçisidirlər.

Pandemiya dövründə artıq insanlar interneti sosial şəbəkə kimi deyil, öz iş fəaliyyətlərində aktual hala gətirdilər. Bu gün bir çox insanlar öz bizneslərində telefondan idarə edirlər, mail adreslərinə telefondan baxırlar, sənədlərini telefonlarda tərtib edirlər. Bu da onu deməyə imkan verir ki, ölkədə internet istifadə mediası genişlənib. Ölkədə geniş miqyasda internet istifadəçisi var”.

Distant təhsilə keçidlə bağlı yaranan problemə gəldikdə, ekspertin fikrincə, burada bir neçə məqam var:

“Bu vəziyyət sırf internetlə bağlı deyil, o proqramların təzə olması ilə bağlıdır və insanlar gec alışdılar. Əgər ölkədə kifayət sosial şəbəkə istifadəçisi varsa və buna internetləri kifayət edirsə, o deməkdir ki, iş və tədris həyatında da səmərəli istifadə edə bilərlər. Məsələn, mən İP mütəxəssisi olaraq övladımın onlayn tədrisə qoşulmasında gördüm ki, müəllimlər çətinlik çəkirlər. Bu o deməkdir ki, istifadəçi məlumatsızlığı çox idi. “Facebook”, “İnstagram” işləyirsə, onlar daha səmərəli işləyir.

Sadəcə olaraq, ilkin bir yeniliyə inasnların tam olaraq alışması, uzun bir proses idi. Ancaq ümumilikdə genişzolaqlı internetdəki problem demək olar ki, GSM-lərdəki problemlərdən daha çoxdur. Məsələn, bəzi provayderlər var ki, həqiqətən internet bölgüsünü ədalətli aparmırlar, az internet verərərək daha çox göstərirlər. Belə ki, gündə 5 GB internet verirsə, analitik proqrama baxdıqda görünür ki, 50 MB verir. Ancaq bu, ümumi internetin istifadəsinin məhdudiyyəti deyil”.
Tarix: 9-06-2021, 17:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}