Müəllimlər Həmkarlar İttifaqı Konfederasiyasından ŞİKAYƏTÇİDİR – “Pullarımız hara gedir?”
Bir müddətdir Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ətrafında bəzi şikayətlər dolaşmaqdadır. Bu mövzu sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib. Son zamanlar məktəb müəllimlərinin şikayətləri daha çox aktuallıq kəsb edir. Onların fikrincə, hər ay məvaciblərindən 2% vəsait çıxılmasına baxmayaraq, bundan heç bir fayda görmürlər.
Konfederasiya pulları sümürməklə məşğuldur. Hətta bir müddət əvvəl müəllimlər bu qurumdan imtina etmək barəsində fikirlər də səsləndirib.
Şikayətlərdən biri bu məzmunda başlayır:
“Yəqin ki, bütün müəllimlər, həmkarlar ittifaqının üzvüdür. Hər ay əmək haqqınızın 2 %-i həmin təşkilatın hesabına köçürülür. Misal üçün, bir müəllim 600 manat əmək haqqı alırsa, bu il ərzində 7200 manat pul edir. Demək bu müəllim həmkarlar təşkilatına ildə 144 manat pul ödəmiş olur”.
İstifadəçilər tərəfindən bu məzmunda bir çox şikayətlər mövcuddur.
Bəs, əslində Həmkarlar İttifaqı Konfederasiyasının səlahiyyətləri hansılardır və ümumiyyətlə, bu qurum hansı işlərə təhkim olunub?
Bizim.Media olaraq məsələni hüquq müdafiəçisi, bir zamanlar Həmkarlar İttifaqı sistemində çalışmış Sahib Məmmədov ilə müzakirə edib.
Hüquq müdafiəçisi bildirir ki, hər kəs Həmkarlar İttifaqından üzv olub-olmaması haqqında qərarı özü verir, bu tam könüllü bir işdir.
“Kim istəmirsə ərizə yazıb rahatlıqla buradan üzvlüyünü ləğv edə bilər. Düzdür, işə daxil olanda dövlət və büdcədən maliyələşən müəssələrdə işçi avtomatik olaraq ittifaqa daxil edilir, ancaq hər kəs mühasibatlığa və Həmkarlar İttifaqına ərizə yazaraq bu qurumdan çıxa bilər. Bu zaman onun məvacibindən çıxılan vəsait dərhal dayandırılır”.
Sahib Məmmədov bildirib ki, hazırda Həmkarlar İttifaqının fəaliyyəti bir çox insan tərəfindən çox yanlış anlaşılır. Əslində isə bu qurumun fəaliyyəti tamamilə fərqlidir.
“Həmkarlar maddi yardımdan çox işçinin hüquqlarını qorumalıdır. Müəssisədə rəhbərliklə kollektiv müqavilə bağlayıb, bu şəxslərin üzərində nəzərət həyata keçirilməlidir”.
Sahib Məmmədov bu məsələdə də korrupsiya hallarını da istisna etmir. O, qeyd edib ki, bəzən müalicə üçün quruma verilən bildirişlər (putyovka) insanların narazılığına səbəb olur.
“Bu gün bizdə sanatoriyaya müalicə və ya istirahət üçün göndərişlərin təşkili Həmkarlar İttifaqının üzərindədir. Amma sanatoriya xərclərini Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Bu vəsaitin 85 % fond tərəfindən ödənilir. Qalan hissəsi isə komitənin hesablarına aid olunur. Burada qaranlıq qalan məqam isə bu göndərişlərin hər şirkətin həmkarlar komitəsinə yaxın insanlara verilməsidir. Məsələn, bir şirkətə 20 ədəd mülicə və ya istirahət üçün bildiriş alıbsa, onun çox hissəsi tanışa, qohuma verilir. Hətta elə müəssisələr var ki, “putyovka”lar oradakı işçilərin adına təsdiq olunur, amma tam başqa yerdən, heç işləməyən adamlar sanatoriyalara göndərilir”.
Sonda Sahib Məmmədov onu da vurğuladı ki, təəssüf konfederasiyanın işində şəffaflıq yoxdur. O qədər hüququ pozulan işçi var ki, heç həmkarların qapısını tanımır.
Konfederasiya isə çox vaxt hüququ pozulan işçilərlə müəssisə rəhbərliyi arasına girmək istəmir. Artıq bu sahədə ciddi islahatların aparılmasıəna ehtiyac yaranıb.
Məsələ ilə bağlı AHİK-ə zəng etsək də suallarımızı cavablandıracaq səlahiyyət sahibi tapılmadı. Konfederasiyanın mövqeyini istənilən vaxt dərc etməyə hazırıq.
Araşdırmamız davam edəcək.
Tarix: 8-12-2021, 11:18
-
Bu gün, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bu gün, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Bu gün, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Bu gün, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Bu gün, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Bu gün, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Bu gün, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Bu gün, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Bu gün, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Bu gün, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Dünən, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Dünən, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
{sape_links}{sape_article}