Mentalitetdən uzaq turizm: - Bakıda bunu yaratmaq mümkün olacaq?
"Paytaxtın Bakı Bulvarı uzunluğunda 1 km enində olan şəhər hissəsi Turizm bölgəsi elan edilə bilər".
Bunu "Ayaz Travel" şirkətinin ditektoru Ayaz Səmədzadə bildirib. Onun sözlərinə görə, sahibkarların turizm bölgəsində restoran, klub, əyləncə mərkəzləri, hotellər və s. yaradılmasına intensiv dəstək göstərmək olar:
"Bu zonada mentalitet söhbətlərini yığışdırmaq lazımdır. Turistləri qəbul edə bilməyən, görmək istəməyən bu zonaya gəlməyə, ailəsini gətirməyə bilər. Bu zonada yaşayan və turistlərə qarşı çıxanlar da ya köçə, evini, obyektini icarəyə verə bilər. Bir sıra vətəndaş "mən küçədə, həyətimizdə, binamızda hicablı ərəbləri, rus və digər xarici turistləri görmək istəmirəm" deyir. Bu cür narazılıqlara görə, mənzillərin xarici turistlərə kirayə verilməsində çətinliklər yaşanır, onlar küsürlər. Sonra da deyirlər ki, Azərbaycan filan ölkə ilə müqayisədə az turist qəbul edir. Əksər turist gecə kulublarına, kazinolara, əyləncəyə, içkilərə və s. maraq göstərir. Bunu qəbul etmək lazımdır. Rusların milyardları İstanbula və Dubaya axır. Biz belə fürsətləri də dəyərləndirə bilmiriksə onda nəyi dəyərləndirəcəyik?!"
Qeyd edək ki, Azərbaycanda turizm prioritet elan edilsə də, hələ də inkişaf etmiş turizm ölkələri siyahısında elə də ciddi irəliləyiş əldə etməyib. Bu gün dünyada turizmin yüksək inkişaf etdiyi ölkələr sektordakı uğuru müxtəlif turizm növlərinin inkişafı nəticəsində əldə edib.
Ölkəmizdə bu gün turizmi inkişaf etdirmək üçün paytaxtda əyləncə məkanlarına geniş yer verilməsi bu sektorda irəliləyişə gətirib çıxaracaqmı? DİA.AZ-ın məlumatına görə, “Skal İnternational”ın Bakı klubunun prezidenti Ceyhun Aşurov Cebhe.info-ya bildirdi ki, turizmin inkişafı ilə bağlı bir çox amillər yaradıla bilər:
“Ümumilikdə turizmin həm müsbət, həm də mənfi təsirləri var. Barların, kozinoların yaradılması da turizmin bir parçasıdır. Ancaq biz adətən turizmin müsbət tərəflərindən danışırıq. Turizmin inkişaf etdiyi, turist axını olan ölkələrdə təəssüflər olsun ki, narkotiklə bağlı kriminal və digər hadisələrin sayının artması, ekologiyaya zərər müşahidə olunur, yaxud əxlaq normalarının pozulması kimi hallara rast gəlinir. Ona görə də dövlətlər siyasətlərini elə qurmağa çalışır ki, turizmin zərərlərini minimuma endirsinlər. Hazırda qeyd edilən təklifin də gələcəkdə bu kimi mənfi təsirləri ola bilər. Bir çox ölkələr bunun həll yolu kimi, məsələn, qumar oyunları kimi əyləncələrlə bağlı ölkə daxilində tamamilə başqa ərazidə destinasiya məkanı yaradır, bir qədər kənarlaşdırırlar ki, daha çox nəzarətdə, izolyasiya olunmuş ərazidə olsun. Xüsusilə də bu, barların, qumar oyunlarının keçirildiyi yerlərə aiddir. Doğrudur, burada ciddi pul axını yaranır, ölkəyə valyuta gəlir, hər şey leqallaşdırılır. Ancaq bu kimi yerləri şəhərin içərisində, mərkəzində reallaşdırmaq sakinlər üçün narahatlıq yarada bilər. Turizmi inkişaf etdirmək üçün ölkədə infrastruktur var və daha da qurulmalıdır. Turistlər üçün qalma yerlərinin, mədəni-əyləncə,istirahət yerləri, parkların sayı artırılmalıdır. Ümumi götürsək, ölkəyə turizm potensialından daha az turist gəlir. Bunu artırmaq üçün kifayət qədər işlər görülməlidir. Bizim otellərin, restoranların, qalma yerlərinin sayı artarsa, gələcəkdə bu, müsbət təsirlərini göstərəcək”.
Ekspertin sözlərinə görə, dünyada ən çox turist cəlb edən ölkələr arasında ilk onluğa Fransa, İspaniya, Tayland, hətta Türkiyə də daxildir ki, bu ölkələrdə hər hansı kazinolar leqaldır:
“Orada bu kimi fəaliyyətlər tamamilə ayrıca bölgədə olur. Sırf turist seqmenti var ki, ancaq kazino və müəyyən oyunlar məqsədilə harasa səfərlər edirlər. Məsələn, Gürcüstanın Batumi şəhərində kozinoya, yaxud digər bir ölkədə ancaq barlar, müxtəlif əyləncələrə daha çox üstünlük verilir. Bunlar mütləq lokallaşdırılır və ayrıca bir istiqamətdə inkişaf etdirilir ki, ölkə vətəndaşları və istirahət etmək istəyən digər turistləri narahat etməsinlər. Şəhərin ortasında, insanların daha çox istirahət etdiyi, məsələn, Bulvar kimi məkanlarda belə yerlərin yaradılması məqsədəuyğun olmaz”.
Tarix: 23-09-2022, 17:09
-
Bu gün, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Bu gün, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Bu gün, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Bu gün, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Bu gün, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Bu gün, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Bu gün, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Bu gün, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Bu gün, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Dünən, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Dünən, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
-
Dünən, 09:37
“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz”
{sape_links}{sape_article}