Neftçilərə əziyyət... rəhbərlərə QAZANC... - AXI NİYƏ?

Neftçilərə əziyyət... rəhbərlərə QAZANC...
"1974-cü il noyabrın 1-də Londonda imzalanmış Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya bildiyiniz kimi bizim ölkə də qoşulub və bu sahədə - dənizdə çalışan işçilərin həmin kurslara göndərilməsi təmin edilir. Olsun... Bir neftçi kimi daim maariflənmək və özünü inkişaf etdirmək bizim peşə borcumuzdur. Amma..." Dia-az.info bildirir ki, bu barədə Neft Daşlarında çalışan işçilər adından edilən müraciəttdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Belə ki, işçinin əmək müqaviləsində onun iş yerində yataqxana və gediş-gəlişi barədə məqamlar konkret olaraq qeyd edilib. Amma işçi həmin bu 1 həftəlik kurslara cəlb ediləndə, həmin təlim mərkəzi də iş yerində deyil, Lökbatan dairəsinə yaxın ərazidə yerləşir və təlim mərkəzinin yataqxanası yoxdur. Onda sual olunur, bu halda rayonda yaşayan işçi harada gecələməlidir? Keçmiş sovet vaxti deyil ki qohum evinə gedəsən, indiki zamanda əliboş getdin vəssalam, səhəri gun qapını açmayacaqlar. Hər gün də oteldə qalmaq üçün otaq pulu və yemək xərcləri tələb olunur. Digər tərəfdən işçi hər gun məsələn, Masallı-Lökbatan marşrutu ilə gedib-gələrsə, Allah eləməmiş yolda bədbəxt hadisə baş verərsə, onun sığorta xərclərini kim ödəməlidir?
Nazirlər Kabinetinin qərarına gorə Baki şəhəri üçün nəzərdə tutulan ezamiyyə xərcləri məbləği kimi günlük 90 manat + 56 saatın günlük 8 saatını vəzifə tarifi kimi də hesablasaq, bu pul bizə verilən puldan təxminən 300 manat fərq edir... Bir çarə edilməlidir buna və aşkar şəkildə yeyintidir..."
Tarix: 7-03-2024, 09:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}