Əl saxla... bir bunu da bil! - İşçilərin DİQQƏTİNƏ!

Əl saxla... bir bunu da bil!
Hesab edirəm ki, əmək mübahisələri ilə əlaqədar mediasiyaya müraciət edən işçi və ya iddiaçılar - mediasiya xərclərindən azad olunmalı və pul vəsaiti ödəməkdən azad olmaq kimi imtiyaza malik olmalıdırlar, ən azından Dövlət Rüsumu haqqında Qanunda olduğu kimi. Belə ki,
AR Kabinetinin 308 nömrəli qərarı ilə ilkin mediasiya zamanı: Əmək mübahisələr üzrə 50 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manat olmaqla - cəmi 60 manat xərc nəzərdə tutulur.
Dövlət Rüsumuhaqqında AR Qanuna əsasən isə: əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı, şikəstlik, səhhətə xəsarətlər yetirilməsi və digər əmək mübahisəlıri üzrə iddiaçılar - dövlət rüsumu ödəməkdən azaddırlar.
İşçilərin dövlət rüsumundan azad olunması barədə Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun əsas mahiyyəti ondan ibarətdir ki, işdən azad olmuş, əmək haqqı verilməmiş və ya şikəst olmuş işçinin maddi vəziyyəti ağır olur və bu səbəbdən də məhkəməyə müraciət edərkən işçi dövlət rüsumundan azad olunur.
İlk görünüşdə 60 manat çox az məbləğ kimi görünsə də, işçinin digər xərclər də nəzərə alınmaqla bu məbləğ işçiyə təqribən 100 manat məbləğinə başa gəlir ki, bunu işdən azad olmuş, əmək haqqı verilməmiş və ya şikəst olmuş işçinin ödəmək imkanı az olur. Gələcəkdə, işçinin dövlət rüsumu olmasa belə məhkəmə və mediasıya xərcləri işçini çətin vəziyyətə salır və pozulmuş hüquqlarını müdafiə etmək hüququnu məhdudlaşdırır.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - dia-az.info
Tarix: 7-03-2024, 14:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}