Bu videoya 3 milyarda yaxın insan baxdı – Dünyada yeni rekord

Bu videoya 3 milyarda yaxın insan baxdı – Dünyada yeni rekord Uiz Xalifa (Wiz Khalifa) və Çarli Putin (Charlie Puth)-un “See You Again” klipi “Youtube” video servisində ən baxımlı klip olub.

AzVision.az xəbər verir ki, mahnı avtomobil qəzası zamanı həlak olan aktyor Pol Uokerə (Paul Walker) həsr olunub.

Klipə baxış sayı 2 895 847 615-dən çoxdur. Əvvəlki rekordun sahibi “PSY”-da bu göstərici təxminən bir milyon baxış azdır.

“See You Again” treki “Forsaj 7”-nin soundtreklərindən biridir. Pol Uoker filmin çəkilişlərini yekunlaşdıra bilməyib və 2013-cü ildə baş verən qəza zamanı həlak olub.

Qeyd edək ki, “Gangnam Style” “YouTube” tarixində ilk dəfə bir milyard baxışı keçən videodur. Bu 2012-ci ilin dekabrında, klipin çıxmasından 6 ay sonra baş verib. 2014-cü ilin iyununda isə klipə baxış sayları iki milyardı ötüb.
Tarix: 12-07-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}