İndi albomların zamanı deyil






 Bir neçə ildir ki, müğənnilərimiz albom çıxarmaqdan və konsert verməkdən imtina ediblər. Əsas hədəfləri isə toy biznesinə daxl olmaq və toy mahnıları səsləndirməkdən ibarətdir. Yeni ildə Mahsun Kırmızıgülün 16 ildən sonra yenidən səhnəyə qayıtması və albom çıxarıb, konsert proqramı ilə çıxış etməsi Türkiyə şou-biznes aləmində yeni bir dalğa yaratdı. Bəs bizdə necə? Görəsən sənətçilərimiz o riskə getməyə hazırdırlarmı?
 
Mövzu ilə bağlı ifaçı Nadir Qafarzadə Moderator.az-a danışıb: 
“İndi elə bir  zamandır ki, albom, konsert o qədər də təlbatlı deyil. Hər kəs sosial şəbəkələrdədir. Yeni mahnı səsləndirirsən, görürsən ki, artıq sənin mahnını insanlar yükləyib, dinləyir. İndi albomların zamanı deyil. Əvəllər insanlar müğənnilərin albomların alırdı, indi onları “İnstagram”-dan izləyir. Heç albom ənənəsi də qalmayıb.  Artıq onun dövrü keçib. Hazırda adi mahnını tapmaq insanlar üçün adiləşib. Ona görə biz sənətçilərə albom çıxarmq sərf etmir. Bu artıq əlavə xərc və əziyyətdir. Madam ki, insanlar özləri istədikləri zaman ifaçının musiqisini rahatlıqda tapıb dinləyə bilir, onda albom nəyə lazımdır?
 Mahsun Kırmızıgül 16 ildən sonra qayıdış edib, səhnədə konsert proqramı ilə çıxış edibsə ona halaldır. Adətən hər adama gedib qayıtmaq nəsib olmur. Bunu edibsə nə xoş ona.  Mən də bir azərbaycanlı həmkar kimi onu təbrik edirəm”.
Siam.az
Tarix: 8-01-2022, 14:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}