Mətanət İskəndərli ilə keçmiş gəlininin arasındakı qalmaqal başa çatdı: “Evinə gedib üzr istədim və...”



Əməkdar artist Mətanət İskəndərli ilə uzun müddət qalmaqal yaşadığı keçmiş gəlini Canana nəhayət ki, barışıb.

Musavat.com bildirir ki, bu barədə Canana sosial şəbəkədə məlumat yayıb:
“Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan baş verənlərlə bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi.

Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin”.
Xatırladaq ki, Əməkdar artist Mətanət İskəndərlinin oğlu Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.
Tarix: 5-05-2022, 16:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}