Başçıdan prezidentə ŞİKAYƏT - "Cənab Prezident, yeganə ümidim Sizsiniz"
Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında yaşayan II qrup əlili Atabəy Ağayev tərəfindənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
MÜRACİƏT
Cənab Prezident, yeganə ümidim Sizsiniz. Mən II qrup əliliyəm, 65 yaşım var. Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında ailəmlə birlikdə yaşayıram. Oğlum Ağayev Aslan və ailəsi də mənimlə birlikdə yaşayır. İki nəvəm var. Oğlum ali təhsillidir, lakin hazırda işləmir.
Məni Sizə müraciət etməyə məcbur edən səbəb Qaradağ Rayon İcra Hakimiyyətinin Səngəçal qəsəbəsi üzrə nümayəndəsi Azad Nərimanov və İcra Hakimiyyətinin əməkdaşı Nadir Muradovun şəxsimə qarşı etdiyi qanunsuz əməlləridir.
Hazırda ailəmizi dolandırmaq üçün oğlumla birlikdə həyətyanı sahəmdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdim. Prezidentim olaraq siz cənab İlham Əliyevin sahibkarlığın inkişafina verdiyiniz töhfələr məndə maraq oyatdı. Bu niyyətlə şəxsimə aid olan həyətyanı torpaqda kicik biznes fəaliyyəti ilə məşgul olmaq qərarına gəldim. İşin başlangıcında Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Azad Nərimanovla Nadir Muradov həyətimə gələrək, məndən rüşvət tələb etdilər. Bildirdilər ki, evimin bir hissəsindən qapı açmaq istəyirəmsə, onlara 2000 AZN pul verməliyəm. Bu qədər pulumun olmadığını deyəndə, rayon polis idarəsinin 7-8 nəfər əməkdaşı ilə birlikdə evimə hücum çəkərək, qapımı sökdülər, məni və ailəmi ağır sözlərlə təhqir etdilər. Mən bildirdim ki, dövlət sahibsiz deyil, bu etdiklərinizi Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bilsə, nə cavab verəcəksiniz?! Onlara dedim ki, mən dövlət başçısına, Birinci vitse-prezidentə etdikləriniz haqqında şikayət məktubu yazacam. Məni aşagılayandan sonra cavabları belə oldu ki, "get nə edirsənsə et, onsuz da qulaq asan olmayacaq, yenə də bizə möhtac qalacaqsan, onda sənin başına oyun açacağam”. Onlarla gələn polis əməkdaşlarına bildirdim ki, axı sizin vəzifəniz vətəndaşın təhlükəsizliyini qorumaqdır. Onlar bildirdilər ki, "dayı, biz nə edə bilərik, bizə əmr veriblər gedin, biz də gəlmişik”. Həyətimdə məni hədələdilər, təhqiramiz sözlər işlətdilər. Nadir Muradov dedi ki, bu evin qarşısına ağaclar əkəcəm, görüm onda onu kim çıxaracaq. Hansı ki, onun dediyi ərazi mənim evimin qabağıdır.
Mən məsələni işıqlandırmaq üçün mətbuata müraciət etdim. Şikayətim mətbuatda dərc olunandan sonra Azad Nərimanov və Nadir Muradov mənim haqqımda polisə şikayət etdilər ki, guya mənim hazırda yaşadığım ev qanunsuzdur. Halbuki, mənim evimin qəsəbədəki digər evlər kimi bələdiyyə sənədi var. Kommunal xidmətlərdən rəsmi qaydada istifadə edirəm, eləcə də torpaq pulu ödəyirəm. Evimin çertyoju var, həmçinin, dövlət tərəfindən qiymətləndirilib.
Mən dövlətimdən və Sizin biz vətəndaşlar üçün gördüyünüz işlərdən razıyam, bütün ailəmiz həmişə Sizi dəstəkləyir. Mən sadəcə həyətimdə yaratdığım təsərrüfatımı daha münasib formaya salmaq istəyirəm, bu şəxslər isə imkan vermir.
Azad Nərimanov və Nadir Muradov mənim min-bir əziyyətlə tikdiyim evimi "qanunsuzdur” iddiası ilə sökmək istəyirlər. Mən başqa heç bir evim yoxdur, evimi söksələr, övladlarımla, azyaşlı nəvələrimlə çöldə qalacam, Cənab Prezident.
Cənab Prezident, mənim Sizə müraciət etməkdən başqa əlacım qalmayıb. Ölkədə hər kəs Sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir, məhz buna görə də xalqımız hər seçkidə sizə böyük etimad göstərir. Sizin kimi dövlət başçımız olduğu üçün həmişə Allaha şükür etmişəm. Lakin Azad Nərimanov, Nadir Muradov kimi kiçik məmurlar vəzifələrindən sui-istifadə edərək, biz vətəndaşları incidir.
Cənab Prezident, Sizdən xahiş edirəm ki, mənim üzləşdiyim qanunsuzluğun aradan qalxmasına kömək edir, icazə verməyin ki, illərlə əziyyət çəkib tikdiyim evimi söksünlər, imkan verməyin ki, övladlarım çöldə qalsın. Yeganə pənah aparacağımız yer, yeganə ümidimiz Sizsiniz, Cənab Prezident.
Çox hörmətli Cənab prezident! Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, dəfələrlə başqa instansiyalara müraciət etsəm də, bu günə kimi müraciətlərim cavabsız qalıb. Sizin ədalətli mövqeyinizə güvənərəkdən ümid edirəm ki, işin ədalətli həll olunmasından ötrü əlinizdən gələni əsirgəməyəcəksiniz!
Miq.Az
Tarix: 5-07-2018, 10:19
-
Bu gün, 17:45
TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...
-
Bu gün, 17:26
Yasamalda yaşayış binasının zirzəmisində iş davam etməkdədir – Yasamal RİH susur, Komitə “qanunsuzdur” deyir – VİDEO
-
Bu gün, 17:24
Slovakiyada atışma - Baş nazir yaralandı
-
Bu gün, 17:12
Qarabağı konyakla “azad edənlər” – Onların planı bu idi
-
Bu gün, 15:01
Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO
-
Bu gün, 14:49
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər
-
Bu gün, 14:38
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
-
Bu gün, 14:36
Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?
-
Bu gün, 09:56
Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir?
-
Bu gün, 09:21
Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
-
Bu gün, 08:51
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
-
Bu gün, 08:51
Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
-
Bu gün, 08:06
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
-
Bu gün, 08:05
DİN RƏSMİSİNDƏN ŞOK XƏBƏRDARLIQ - “Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir...”
-
Bu gün, 07:57
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
-
Bu gün, 07:55
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
-
Bu gün, 07:54
Bakıda bələdiyyə sədri RÜŞVƏT ALIB – Məhkəməsi başlayır
-
Bu gün, 07:52
“Qadına şiddət” alveri: kimlər həllini istəmir? – Dramatizm üzərindən biznes
-
Bu gün, 07:50
Bu borc Saleh Məmmədovun ayağındadır - FAKT BUDUR...
-
Bu gün, 07:49
AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ... - "Heç olmasa qulluğa görə verilən müavinət kəsilməsəydi..."
-
Dünən, 22:55
Bloqer və influenserlərə xəbərdarlıq – Cərimə olunacaqlar
-
Dünən, 21:54
“Starex” niyə müştərilərdən nağd ödənişləri qəbul etmir? – Nazirlik cərimələdi
-
Dünən, 21:52
Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"
-
Dünən, 21:51
İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi
-
Dünən, 21:49
Prokurorluq və DİN müsavatçının qətli ilə bağlı məlumat yaydı
-
Dünən, 17:46
“Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...
-
Dünən, 16:13
Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab
-
Dünən, 16:10
Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...
-
Dünən, 12:53
Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf subsidiyalar…
-
Dünən, 12:52
“Nədir, mən də Nazim Gədəbəyskiyəm?” - Keçmiş deputatın MƏHKƏMƏSİ
{sape_links}{sape_article}