Türk diplomatından Ermənistan şərhi



Gələcək Partiya başqan yardımçısı Ümid Yardım yazır:
Giriş; 2021-ci ilin İyun ayı Türkiyənin həm xarici siyasəti, həm də regional, qlobal diplomatiyası baxımından yeniliklərlə doludur. İyun ayının siyasi baxımdan dinamizmi davam edir. NATO, G7 və ABŞ-AB Zirvələri, başda ABŞ və Rusiya liderləri olmaqla qlobal sistemin güclü adlarının bu dövrdə bir-biriylə üz-üzə görüşləri, problemli məsələləri müzakirə etmələri, İsrail və İran kimi ölklələrdə kritik siyasi məsələlər və seçkilər bu dövrün bəzi vacib nümunələri olaraq diqqət cəlb edir. İyun ayı ərzində baş verən hadisələrin arasında yaddan çıxarmamalı olduğumuz bir məsələ də var. Xüsusilə də regional təsirləri, Türkiyə də daxil olmaqla bir sıra ölkə üçün əhəmiyyət kəsb edən Ermənistandakı parlament seçkiləri. Keçmiş Baş nazir Paşinyan seçimin qalibi olmuşdur, yəqin ki, yeni höküməti də o, quracaq.
Qonşumuz Ermənistan tarixi seçki dövrlərindən birini yaşayır. Əslində Sovet dövründən sonra ölkədəki bütün seçimlər xüsusi əhəmiyyət kəsb edib. Ancaq 20 İyun 2021-ci ildə baş tutan seçki öncəkilərə nisbətdə daha kritik əhəmiyyət daşıyır. Hər şeydən öncə Ermənistan siyasəti bu seçkiyə 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarının böyük bir hissəsini itirmiş halda gedir. Bu siyasi, hərbi məğlubiyyətin yaxud digər tərəfdən baxsaq Azərbaycanın torpaqlarını işğaldan azad etməklə bağlı uğurunun da kölgəsi Ermənistan seçkiləri üzərinə düşür. Seçki demək olar ki, tamamilə bu müharibənin nəticəsinə indekslənib. Erkən seçkinin müharibədən sonra Baş Nazir Paşinyan üzərinə düşən, hərbçilərin də aid olduğu siyasi, ictimai təzyiqlərdən sonra baş tutduğunu da xatırlamaq lazımdır.
I. Baş Nazir Paşinyan hakimiyyəti 44 günlük müharibədə böyük zərbə almış, cəbhədən gələn xəbərlərlə küçələrdə etirazlar başlamış, buna prezident və ordudan gələn istefa təzyiqləri də əlavə olunduğu üçün ortaya ağır siyasi xaos çıxmışdır. Moskvanın araya girməsiylə (Türkiyə bu prosesdə iştirak etməyib) 9-10 Noyabr 2020-ci ildə atəşkəs imzalanmış, bununla da Paşinyanın siyasi gücü azalmış, bəzi araştırmalara əsasən Sentyabr 2020-ci ildə 60 faiz olan dəstəkçiləri, Aprel 2021-də 30 faizə enmişdir. 2018-ci ildə keçirilən erkən seçkilərdə 70 faiz səs topladığını xatırlasaq bu itkinin böyük məna ehtiva etdiyi anlaşılır. Bundan əlavə Paşinyanın gücünü itirməsi digər müxalif partiyaların prestij qazanmasına gətirib çıxarmamış, müharibədəki məğlubiyyət xalqda ölkədəki siyasi sistem əleyhinə reaksiya yaranmasına gətirib çıxarmış, bütün siyasi quruluşa olan dəstək bu və ya digər formada azalmışdır.
Bu günə qədər iştirak etdiyi iki seçkidən də ona böyük ümid bəsləyən xalqın dəstəyilə uğurla çıxan və 132 yerlik Parlamentdə 88 millət vəkili ilə güclənən Paşinyan müharibədən sonrakı dövrdə Daşnak və Firavan Ermənistan Partiyaları daxil olmaqla müxtəlif partiya və quruluşları birləşdirən Vətən Qurtuluş Cəbhəsinin etirazlarına təslim oldu. Nəticə etibarilə on illərdir işöal etdiyi torpaqları Azərbaycana vermək məcburiyyətində qalan iqtidar küçələrin şiddətli reaksiyasının hədəfi oldu və Baş Nazir Paşinyan istefaya getməli oldu. Beləliklə 20 İyunda erkən seçkilər baş tutdu. Təbii ki, Paşinyan üçün heç nə bundan öncəki seçkilərdə olduğu qədər asan olmayacaqdı.
Ermənistanın azadlığının elan olunmasından bəri ötən təxminən 30 illik müddət küçələrin siyasi sistemə güclü təsirinin yaranması kimi də dəyərləndirilə bilər. Həqiqətən də ölkəni 1991-dən bu günə kimi idarə edən bir çox iqtidar bu güclərlə üzləşmiş, çoxu isə təslim olmuşdur.bu güc müharibəsinin da təsiriylə Ermənistan 1991-də azadlığının elan olunmasıyla daimi daxili-xarici istiqrarını əldə edə bilməmiş, buna görə də, özü kimi Sovetlər Birliyindən ayrılan bir çox ölkədən geri qalmışdır. Bu vəziyyət təbii olaraq erməni xalqının məişətindən, regional sülh, istiqrara qədər bir çox məsələrdə ciddi məhdudiyyətlərə yol açmışdır. Bu gün Ermənistan: mütəvazi milli gəliri, 4 min dollar ətrafında olan adam başına düşən milli gəliri, Moskvanın üstünə düşən soyuq kölgəsi və demək olar ki, bütün qonşularıyla problemli münasibətləri və s. ilə süqut dövrünü yaşayır.
“Ermənistanda siyasət küçələrin kölgəsində qalıb” deyiləndə nə nəzərdə tutulur? Qısaca xatırladaq ki, Sovet dövründən sonra ölkənin ilk Dövlət Başçısı Petrosyan qanlı küçə hərəkatlarının nəticəsi kimi tutduğu vəzifədən getməli olmuşdu. Oktyabr 1999 isə ölkə tarixinə tayı bərabəri olmayan bir səhifə kimi yazılmışdır. Baş Nazir Sarkisyan və Məclis Başçısı Demirciyan Parlamentə olunan qanlı hücumda qətlə yetirilmişdi. Mütəmadi təhdidlər alan Koçaryan da həbs olunmuş, məhkəmələrdən sonra həbs olunmuşdur. Şiddət və səs saxtakarlıqlarıyla yadda qalan seçkilərlə iqtidara gələn Sarkisyan isə 2015-ci ilə parlamentar sistemə keçiddən sonra baş nazir olmaq istəmiş, ancaq yenə küçə hərəkatlarına görə vəzifəsindən uzaqlaşmalı olmuşdur. Bu siyasi ənənə yenə Baş Nazir Paşinyana da təsirini göstərmiş, yuxarıda haqqında danışılan Sarkisyana qarşı küçələrdəki hərəkatların aqressiyasından əmələ gələn bir lider kimi iqtidara gəlmişdir. O da iqtidardan buna oxşar bir formada getsə heç kim üçün təəccüblü olmaz, yəqin ki.
II. Bu ümumi görünüşün içində Ermənistanda seçki sisteminin, ölkə faizlərini (partiyalar və ittifaqlar üçün müxtəlif faizlər) partiya siyahılarını və dar bölgə qarışımını ehtiva edən mürəkkəb sistem olduğu unudulmamalıdır. Bu bir növ, böyük partiyaları qoruyan, kiçikləri isə parlamentə buraxmayan bir sistemdir.Bu seçki sistemi tez-tez müzakirə olunmuş, siyasi uğursuzluqların əsas səbəbi kimi göstərilmişdir. Seçki qanununda ötən aylarda həyata keçirilən bəzi dəyişikliklərlə yeni sistem bir az nisbi təməl əsasına uyğunlaşdırılmış, bununla birgə seçki faizlərinin aşağı salınması, beləcə parlamentdən kənarda qalan partiyaların də təmsil haqqı əldə etməsi kimi məsələlərlə bağlı mübahisələr davam etmişdir.
Erməni xalqının müharibədən sonra siyasi sistemə etibarını itirməsinin təsirləri semki kampaniyalarına da təsir göstərmiş, məsələn, keçmiş dövrlərdə böyük kütləvi mitinqlər keçirən Baş Nazir Paşinyan getdiyi bəzi bölgələrdə bu dəfə “xain” adlandırılmış, günahlandırılmışdır. Seçki kampaniyalarında keçmiş dövlət başçısı Köçəryan liderliyindəki müxalifət ölkənin güvənliyi, Azərbaycana qarşı təzədən ayağa qalxmaq kimi məsələlərdən danışmış, Paşinyan isə daha çox müharibə dövrünün müzakirəsinə ağırlıq vermişdir. Kampaniya dövründə milli güvənlik, Azərbaycanla münasibətlərin gələcəyi, Azərbaycanın əlindəki erməni əsirlərin qaytarılması və s. mövzular daha çox gündəmə gəlmişdir. Namizədlərin ikisinin də Rusiya ilə münasibətlərin yaxşılaşdırılması ilə fikirləri bir-biriylə örtüşmüşdür. Rus sülhməramlılarının bölgədə ermənilərin qoruyucusu kimi qalması da namizədlər tərəfindən dilə gətirilən ortaq fikirlərdən olmuşdur.
Seçkilərdə 25 ətrafında seçki bloku və siyasi partiyanın yarışı baş tutmuşdur. Bu güclər arasında Paşinyanın Sivil Sözləşmə Partiyası ilə Köçəryan liderliyindəki müxalif (Daşnaklar da daxildir) Ermənistan İttifaqı ön planda olmuşdur.
Sandıqlardan gələn məlumata əsasən çox gərgin bir siyasi şəraitdə rellaşan seçkinin nəticəsiylə bağlı bunları demək olar:
-Səsverməyə qoşulanların sayı olduqca azdır. 2.6 milyon seçicinin yalnıız 50 faizi səs verməyə gedib. Yuxarıda da bildirdiyimiz kimi bu üsulla xalq ümumi mənada siyasətə qarşı reaksiyasını göstərib.
-Seçicilərin 55 faizi Paşinyana səs verib. Beləcə o, bundan əvvəlki seçkiyə nisbətdə parlamnetdə xeyli yer itirmişdir. Rəqibi Köçəryanın bloki isə 21 faiz səs almışdır. Son rəqəmlər dəyişsə də Paşinyanın parlamentdəki 105 yerdən 72-ni, seçkidə saxtakarlıq baş verdiyini iddia edən Köçəryanın isə 21-ni qazanması gözlənilir. Şərəf İttifaqı da sandıqlardan üçüncü güc kimi çıxmışdır. (5 faiz və 6 millət vəkili). (Mövcud seçki sisteminə əsasən hər parlament seçkisində yerlərin sayı bir az dəyişə bilir.)
III. Bu siyasi görüşlər işığında, Ermənistanın siyasi gələcəyi ilə bağlı bəzi ümumi qiymətləndirmələr aparsaq;
i. Bu nəticələrlə Baş nazir Paşinyan, təxminən 7 min insanın həyatını itirdiyi 44 günlük müharibədən sonra üzləşdiyi ağır təzyiqlər qarşısında bir az nəfəs ala biləcək, amma hər halda geriləmə. ölkədə demokratiya və insan hüquqları, milli təhlükəsizlik və müdafiə kimi sahələrdə keçmişə nisbətən ön plana çıxması gözlənilə bilər, bununla belə, yeni siyasi mühitin nə dərəcədə və nə qədər qalıcı / davamlı olacağını təxmin etmək asan deyil. Bu seçki nəticələri ilə ortaya çıxacaq. Çünki ölkənin ağır iqtisadiyyatı, yaşayış şərtlərinin ağırlığı, xarici siyasət problemləri öz təsirini göstərməyə davamkedəcəl, bu problemlər yeni hökumətin üstündə Demokl Qılıncı kimi duracaq. Çünki yuxarıda qısaca qeyd etdiyimiz kimi, erməni xalqı öz reaksiyalarını ifadə etməkdə böyük bir təcrübəyə malik idi və bu, demək olar ki, siyasi bir ənənəyə çevrildi, buna görə bu və digər müxtəlif uzaqgörənlik / gözlənilməz amillər yaxın vaxtlarda təsiri ilə yeni seçkilər gündəmə gələ bilər.
Bu baxımdan; Ermənistan siyasətinin önümüzdəki dövrdə xalqın və ictimaiyyətin diqqətini yönəltməyə çalışacağı və istismar edə biləcəyi sahələrdən biri xarici siyasət olacaq və bu, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərə təsir edəcək,
Yeni hökumət belə bir rəftara üz tutarsa, ağla gələn ilk şey bu ölkələrlə münasibətlərində yeni problemlərin yarana biləcəyi və regional sülh, sabitlik və hərtərəfli əməkdaşlığın uzaq bir xəyal olaraq qalması olacaq.
Yeni Ermənistan rəhbərliyi bölgənin ən güclü oxunun Türkiyə-Azərbaycan ittifaqı olduğunu, hər şərtdə inkişaf etməyə və dərinləşməyə davam edəcəyini, Moskvanın şərtlərə görə dəyişə bilən siyasətləri qətiyyətlə həyata keçirəcəyini dərhal anlamalıdır. Bunlar həmişə İrəvanın lehinə olmaya bilər.
Seçkidən sonrakı dövrün ən vacib xüsusiyyətlərindən biri də bəlkə də Rusiyanın Ermənistanın daxili və xarici siyasətində əsas amil olmağa davam etməsidir. Rusiyanın İrəvan üzərindəki böyük təzyiqi və nəzarəti davam edəcək. Son müharibənin nəticələrindən göründüyü kimi, Ermənistanın siyasi, hərbi vəziyyəti, iqtisadiyyatı və s. əslində, tamamilə Moskvanın himayəsindədir, daha doğrusu onun nəzarəti altındadır. Sərhədləri, habelə yeni formalaşmış coğrafi-strateji mühitdə Dağlıq Qarabağın qorunması tamamilə Rusiyaya həvalə edilmişdir. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük bir hissəsini azad etdiyi 44 günlük müharibədən sonra Moskvanın çəkisi və təsiri artdı. Rus hərbçiləri bölgəyə qayıdıblar. Bu geosiyasi asılılığı dəyişdirə biləcək bir siyasi quruluş Ermənistanda nə bugün mövcuddur, nə də yaxın gələcəkdə olacaq. Yeni Paşinyan hökuməti ölkəni yalnız bu faktlarla müəyyən edilmiş həddə idarə edə biləcək. Bu məhdudiyyətlər atıldıqda, müxtəlif təzyiq kanalları, bu yolla yenidən küçələrə girə biləcəklər.
Seçkidən sonrakı dövrdəki Türk təsirinin əhəmiyyəti yuxarıda qısa şəkildə göstərilmişdir. Əslində, bütün maraqlı tərəflər Ermənistana hökumətinə, xüsusən də Türkiyə ilə münasibətlərinin dəyəri ilə bağlı həqiqi bir qarşıdurma, qiymətləndirmə aparmaları tövsiyə edilməlidir. Ermənistan üçün yeni üfüqlərin açılacağını, münasibətlər və iş birliyində yeni sahələrin ortaya çıxacağını və hətta Türkiyə / Türk düşmənçiliyindən qurtula biləcəyini nə qədər tez başa düşərsə o dərəcədə həqiqi müstəqilliyə qovuşa biləcəyini anlaması onun üçün tarixi bir inkişaf olacaq və bunun ilk növbədə onun xeyrinə olacaq. İrəvan rəhbərliyi bu daxili qarşıdurmaya Prezident Baydenin 24 aprel açıqlamasından sonra qələbə eyforiyasından çıxaraq və Türkiyə ilə münasibətlərini yenidən qiymətləndirərək başlaya bilər. Nə qədər ki, Türkiyə ilə düşmən münasibətlərini davam etdirir, sülh, əmin-amanlıq və firavanlıq Ermənistana gəlməyəcək, həmişə Moskvanın kölgəsində yaşamağa məhkum olacaqdır. Digər tərəfdən, Türkiyə ilə Azərbaycan arasında 15 iyun 2021-ci ildə Şuşada imzalanan Şuşa Bəyannaməsi; həm Türkiyə-Azərbaycan münasibətlərinin gələcək təbiəti, həm də bu ölkələrin bölgəyə / qlobal inkişaflara ən açıq şəkildə baxışı baxımından Ermənistanın diqqətlə araşdırması və lazımi nəticələr çıxarması üçün faydalı bir sənəd olacaqdır.
Son olaraq; Erməni xalqı azadlığa, firavanlığa, xarici dünyaya açılmağa, sülhə və qonşuları ilə yaxşı münasibətlərə layiqdir. Bu seçkilərdən sonra Ermənistanda ortaya çıxacaq, keçmiş Baş nazir Paşinyan tərəfindən qazanılan yeni siyasi gücün bu iradə və məsuliyyəti sağlam və realist şəkildə qəbul edəcəyinə və buna görə lazımi addımları atacağına ümid edilir.
Tarix: 28-06-2021, 14:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}