Qaranlıqda "yeməkçatdırma xidməti" göstərən qazilər: "Polislər bizi döyüb" - Video

Qaranlıqda "yeməkçatdırma xidməti" göstərən qazilər: "Polislər bizi döyüb" - Video

Bu gün özünü Vətən müharibəsi qazisi kimi təqdim edən bir neçə şəxs Daxili İşlər Nazirliyinin qarşısında mediaya açıqlama verərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia ediblər.

“Qafqazinfo” xəbər verir ki, onlar onlayn yolla yemək çatdırma xidməti həyata keçirdikləri üçün gecə saat 12-dən sonra da fəaliyyət göstərdiklərini deyiblər.
Həmin şəxslər bildiriblər ki, Sabunçu rayonunda yerləşən obyektin qapısı bağlı olarkən içəridə 4 nəfər işçi olub: “Polislər içəri daxil olub bizi döydülər, qazi olduğumu desək də, bizi döydülər”.
DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev nazirliyin qarşısında toplanan şəxsləri qarşılayaraq mediaya açıqlama verib.



Tarix: 14-01-2022, 08:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}