Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... - İDDİA
Deyəsən, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun topdağıtmaz kreslosu laxlamaq üzrədir.
Aldığımız məlumata görə, yaxın günlərdə Hesablama Palatası FHN-in bütün qurumlarında yoxlamaya başlayacaq. Hələlik isə nazirliyin bir çox qurumlarında daxili tədqiqata başlanılıb.
Bu yoxlamalardan biri bu günlərdə Dövlət Yanğindan Mühafizə Xidmətində keçirlib. Yoxlama nəticəsində
Xidmətin maliyyə idarəsinin rəisi daxili xidmət polkovnik leytenantı Elvin Mehdiyevin yüksək məbləğdə “əgər-əskiyi” çıxıb. Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyeyevin nəvəsi olan E.Mehdiyevin başı dərddədir. Hətta deyilənə görə, Fövqəladə Hallar nazirinin müavini olan əmisi onun üstündən əlini çəkib. Çünki nazir Kəmaləddin Heydərov kimi, Teymur Mehdiyevin də başı dərddədir.
Məlumatda o da deyilir ki, nazir K.Heydərov bütün komandasını qurban verməyə hazırdır. Hətta o komandasındakı bazburutlu vəzifə sahiblərinə “öz başınışızn çarəsinə baxın” mesajını verib.
Sözü gedən nazirliyin “qələmi qırılan” yüksək vəzifəli əməkdaşlarından biri də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.
Qeyd edək ki, hələ bir neçə il əvvəl o, Bilgəhdə saray şəklində tikdirdiyi villası ilə dövlət başçısının qəzəbinə gəlsə də Kəmaləddin Heydərovun yardımı ilə canını həbs olunmaqdan qurtara bildi. Əvəzində həmin saray yerli-dibli uçuruldu. Yəni milyonlarla dollar havaya sovuruldu.
Maraqlıdır, təbii fəlakətlərdən evləri uçan insanlar illərdi məhz Cəbrayıl Xanlarovun rəhbərlik etdiyi agentliyin süründürməçiliyindən əzab çəkdiyi halda o, dəyəri bir neçə milyon dollarla ölçülən sarayları tikdirmək üçün o qədədr pulu hardan qazanır?
Məlumata görə, onun uçurduğu villanın ümumi dəyəri 15 milyon dollardan çox idi, özü də onun dizyanını İtaliyadan gəlmiş memarlar vermişdilər.
Dövlət başçısı Bilgəhdə olarkən həmin sarayı görüb və onun kimə məxsus olduğunu soruşub. Prezidenti müşayət edənlər bildiriblər ki, həmin saray FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bunun ardından ölkə rəhbəri həmin sarayın sökülməsi tapşırığını verib. Və bildirib ki, belə kəhkəşanı ancaq qudurğan məmur yarada bilər.
Amma işin olduqca maraqlı başqa bir tərəfi var. Bilgilərə görə, dövlət başçısının tapşırığına baxmayaraq, Cəbrayıl Xanlarov bir müddət 15 milyon dollara tikdirdiyi sarayının sökülməsinə imkan verməyib. Hətta bunun qarşısını almaq üçün müxtəlif vasitələrə belə əl atıb. Dünən isə tapşırığı icra edənlər sonuncu xəbərdarlıqdan sonra binaya dinamit qoyaraq, partladıblar.. Bundan sonra Xanlarov evin tamamilə sökülməsinə icazə verib.
Bu əsnada, azpolitika.info-da bir müddət əvvəl Cəbrayıl Xanlarovla bağlı maraqlı bir araşdırma yaymışdı. Həmin araşdırmada vurğulanırdı ki, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkədə geniş vüsət almış tikinti sektoruna nəzarət edən əsas fiqur olmaqla yanaşı, həm də çox böyük varidata sahiblənib. Xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.
Əsasən birinci müavinin təlimatları əsasında hərəkət edən C.Xanlarov, belə demək mümkünsə, tikinti şirkətlərinin kabusuna çevrilib. Azərbaycanda tikilən hər kvadratda C.Xanlarov-R.Mirzəyev tandeminin “haqqı” var.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində lisenziyaların, rəylərin verilməsi, tikinti şirkətlərindən və fərdi sahibkarlardan alınan “nəzarət haqları” hesabına toplanan pulların miqdarı on milyonlarla ölçülür.
Mənbə əminliklə bildirir ki, Bakıda son 10 ildə tikilən bütün yaşayış binalarında Cəbrayıl Xanlarovun 3-5 mənzili var: “Bu mənzillərin ümumi haqq-hesaba aidiyyatı yoxdur… Cəbrayıl Xanlarovun “ağası” Rəfail Mirzəyev, “qara kassası” Niyazi Babuşovdur. Agentlikdə orta və kiçik məbləğləri Babuşov toplayır. İri məbləğləri Cəbrayıl Xanlarov şəxsən qəbul edir”.
Belə olan halda ehtimal olunur ki, nazir əsas kassanın başında duran işçisinin “xərclənməsinə” razılır verib.
Mövzuya qayıdacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//
Tarix: 18-05-2022, 17:19
-
Bu gün, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Bu gün, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Bu gün, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bu gün, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Bu gün, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Bu gün, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Bu gün, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Bu gün, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Bu gün, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Bu gün, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Bu gün, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Bu gün, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
{sape_links}{sape_article}