Ələsgər Məmmədlinin həyatına yaranmış təhlükəyə məhəl qoyulmur

Ələsgər Məmmədlinin həyatına yaranmış təhlükəyə məhəl qoyulmur
“Toplum” TV-nin təsisçisi, həbsdə olan Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər qalmaqdadır. Bu barədə o, bazar ertəsi qardaşı Nəsimi Məmmədli ilə telefon danışığı zamanı bildirib.

“Dünən kamerasına gəlib ondan qan analizi götürüblər. Ələsgər orada şəraitin uyğun olmamasına etiraz edib. Amma buna baxmayaraq, razılaşmağa məcbur olub”, – qardaşı qeyd edib.

Ələsgərin Məmmədlinin qalxanvari vəzində olan şiş əvvəlkitək ən ciddi problem olaraq qalır.

“Hələ də bununla bağlı heç bir addım atılmayıb. Biopsiya edilməməsi onun narahatlığını artırıb. Ola bilsin, bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər”,- Nəsimi Məmmədli deyib.

“Ümid edirik ki, aprelin 3-də Apellyasiya Məhkəməsi Ələsgərin həbsi barədə qərardan şikayəti təmin edəcək və o, həbsdən azad ediləcək”, – qardaşı yekunlaşdırıb.

*Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.
Tarix: 2-04-2024, 10:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}