Aprel şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ildə Aprel
döyüşlərində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat
Bəhruz oğlu İsgəndərov
un 8-ci ildönümüdür.
Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil
olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov,
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Qafqaz Müsəlmanları
İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq
Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və
məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda
zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan,
Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük
Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının
19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə
rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid
ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul
böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında
baş əydiyini bildirib.
Şəhidin atası Bəhruz İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı Azər
Abdullazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Regional şöbəsinin sədri Vidadi Məmmədzadə çıxış edərək şəhidin döyüş
yoluna nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilərin ifasında
Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında
yeni quraşdırılmış baralyefin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, şəhid Nicat İsgəndərov 1989-cu ilin 4 avqust tarixində Tərtər
şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi
xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini
başa vurduqdan sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində
davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-
Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına
şəhid olub. Aprelin 3-ü isə doğulduğu Tərtər şəhərində son mənzilə yola
salınıb. Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
"İgidliyə görə" medalı ilə təltif edilib. Tərtər şəhərində küçələrdən birinə
Nicat İsgəndərovun adı verilib, küçənin girişində şəhidin barelyefi
quraşdırılıb. Nicat İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş
yolundan bəhs edən “Şəhidliyə aparan arzu” sənədli film çəkilib.
Şəhid Nicat İsğəndərovun valideynləri şəhid ailələrinə, qazilərə göstərilən
diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 2-04-2024, 18:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}