Şagird imtahanı verir, 1 ay sonra nəticə açıqlanır: - Cavabların gec elan olunmasının səbəbi nədir?

Şagird imtahanı verir, 1 ay sonra nəticə açıqlanır:
Azərbaycanda keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinin gec elan olunması hər zaman problemli olaraq qalır. Bəs niyə imtahan nəticələri gec elan olunur?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Efəndiyev Sonxeber.az-a açıqlama verib.

Ekspert yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyini bildiirb:

DİM 2019- cu ildən etibarən yeni qaydada imtahan keçirir. Kurikulum əsasında keçirilən imtahanlarda açıq və yazılı suallar da var. Şagird həmin sualın həllini bir başa yazmalıdır. Belə olduğu zaman həmin sualların yoxlanılma prosesi uzuzn müddət vaxt tələb edir. Belə tipli tapşırıqlar Azərbyacan və xarici dil, eyni zamanda riyaziyyat fənnində mövcuddur.

Qapalı tipli test tapşırıqların cavablarını daha erkən elan etmək mümkün olur. Maksimum 3-5 günə qapalı testlərin cavablarını açıqlanır. Açıq tipli tapşırıqlar bir neçə müəllim tərəfindən yoxlanılır. Sonda isə dəyərləndirmə aparılır. Bu isə uzun müddət tələb edir.

Hazırki imtahan prosesini dünya ölkələri və 2018-ci ilə qədər olan dövrlə müqaisə etsək görərik ki, o zaman cavablar daha tez elan olunurdu. İmtahan nəticələri dünya ölkələrində maksimum bir həftəyə qədər elan olunur. Hətta bəzən bir iki gün ərzində nəticələr açıqlanır.

Hazırda DİM tərəfindən keçirilənn bəzi imtahanlar var ki, nəticələr bir-iki günə elan olunur. Amma söhbət buraxılış imtahanlarından gedirsə, burada həm şagird sayı çox olur, həm də açıq tipli sualların yoxlanılması uzun müddət vaxt tələb edir. Cavabların daha tez açıqlanması üçün, sadəcə açıq tipli sualları ləğv etmək və yeni imtahan formatı yaratmaq lazımdır. Yalnız bu zaman nəticələr daha erkən açıqlana bilər".

Tarix: 15-04-2024, 22:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}