Saakaşvili Poroşenkonu rüşvətxorluqda ittiham etdi

Saakaşvili Poroşenkonu rüşvətxorluqda ittiham etdi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib.

Moderator.az-ın məlamatına görə, o bu barədə “112 Ukrayna” telekanalının efirində çıxışı zamanı deyib.


“Ukrayna höküməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”, - Saakaşvili bəyan edib.

Həmçinin Gürcüstanın sabiq prezidenti öz Facebook səhifəsində Poroşenkonun iki qulduru dəstəkləməsi barədə yazıb.

“Bu gün Petro Poroşenko açıq şəkildə iki qulduru - Odessa büdcəsini mənimsəyən separatçı Truxanov (Odessanın hazırki meri) və regionun büdcəsini dağıdan Urbanskini - dəstəkləyir”, - deyə Sakaaşvili narazıçılığını bildirib.
Tarix: 12-01-2017, 21:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}