İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR

 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR Qədimliyi ilə yanaşı, dünya tarixində çox əhəmiyyətli rol oynamış İstanbul haqqında bir çox əfsanələr var. İstanbul iki qitədə - Avropa və Asiya - yerləşən nadir şəhərlərdən biridir. İstanbulda hər il təqribən 30 yeni küçə meydana gəlir, yeni yaşayış massivləri salınır.

Türkiyənin hər 5 vətəndaşından biri İstanbulda yaşayır. Hər il İstanbula 9 milyon turist səfər edir. Bunlar İstanbul haqqında bəzi bilinən faktlardır. İstanbul haqqında bu cür maraqlı və bilinməyən faktlar da var.


Musavat.com sizə İstanbul haqqında bəzi maraqlı və əfsanəvi faktları təqdim edir:

 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR
Ayasofyanın inşası üçün göndərilən xəzinələr

Ayasofya məscidinin inşasının bitməsinə az qalan zaman pul bitib. Məscidin dam örtüyünü bitirmək üçün əlavə pul lazım olub. Bundan kədərlənən imperator məscidin tikintisini dayandırmaq məcburiyyətində qalıb. Bu zaman bir ağ geyimli gənc, imperatora yaxınlaşaraq, ondan bir neçə eşşək istəyib. Qarşılığında bu eşşəklərə qızıl yükləyib, gətirəcəyini deyən gəncə heç kim inanmayıb.



Ertəsi gün yenidən gələn gənc, ona eşşəklərin niyə verilmədiyini bir daha soruşub. İmperator “Bu işin içində bir iş var. Bu igidə istədiyi qədər eşşək verin. Görək nə olacaq” deyib.

Eşşəkləri alan gənc şəhərdən qırağa çıxaraq gizli bir saraydan qızıl yükləyərək, Aysofyaya dönüb. Qızılları imperatora təqdim edib. İmperator baş verənləri yaxın ətrafına danışıb. Bunun üzərinə ağ geyimli gənc qızıllar ilə birlikdə yoxa çıxıb.

 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR
Kapalı çarşı – gizli dəhliz

Əfsanələrə görə, İstanbulun Avropa və Asiya qitəsini bir-birinə bağlayan bir yeraltı dəhlizi var. Bu dəhlizə Yerəbatan sarayının gizli bir bölməsindən girildiyi iddia edilir. Deyilənlərə görə, Mərmərə dənizinin altından gedən bu tunel Kınalıadaya kimi uzanır. Bu dəhlizə Türkiyənin məşhur bazarlarından olan Kapalı Çarşıdan da girmək mümkündür. Burada işləyənlərdən sözügedən dəhliz haqda başqa yerdə danışmamaları üçün and içmələri tələb olunur.




Daha bir rəvayətdə qeyd edilir ki, dəhlizin içi qızıl ilə doludur. Hətta həmin bazarda işləmiş 4 gənc həmin dəhlizə enməyi planlayıb. Lakin o gənclərdən yalnız 1 nəfəri geri dönə bilib. Qızıl axtarışına çıxan gənclərin üçü dəhlizdə azıb. Çünkü bu yeraltı dəhliz labirint şəklində çox qarışıq bir yerdir. Həmin gənclərin siçanlar və böcəklər tərəfindən yeyildiyi də iddia edilir. Deyilənlərə görə, geri dönən gənc isə ağlını itirərək, qayıdıbmış.

 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR
Ayasofyanın eskiz lahiyəsini kim çəkib?

Bizans imperatoru Lustinianos Ayasofyanı tikdirmək üçün İstanbula ən məşhur memarları dəvət edib. O, memarlardan məscidin bir neçə variantda eskiz layihələrini çəkməsini istəyib. Memarlar imperatorun əmrini yerinə yetirib. Lakin çəkdikləri eskizlərin heç biri imperatoru qane etməyib və bundan çox kədərlənib.




Deyilənlərə görə, imperator gecə yatanda yuxusunda nurani bir qoca görüb. Nurani qocanın əlində bir lövhə, onun da üzərində bir kilsənin şəkli olub. Şəkildəki kilsə tam imperatorun istədiyi kimi bir kilsə idi.

Əfsanəyə görə, imperator bu şəklin onda olması üçün dua edib. Nurani qoca “al bu şəkil sənin olsun” deyib. İmperator qocadan “bəs bu kilsənin adı nə olsun” deyə soruşduqda “Ayasofya olsun” cavabını alıb.

 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR
İsa peyğəmbərin müqəddəs qədəhi...

Rəvayətə görə, İsa peyğəmbərin son dəfə istifadə etdiyi qədəh, onun davamçıları tərəfindən qorunaraq saxlanıb. Bu qədəhdə nəsə içən insanın ölümsüz olduğuna inanılır.

Bizans imperatoru Helena Qüdsə səfəri zamanı İsa peyğəmbərin bəzi əşyaları ilə birlikdə həmin müqəddəs qədəhi də özü ilə İstanbula gətirib. Bu qədəhin İstanbulda imperator Konstantinosun şərəfinə Çemberlitaş ərazisində tikilən məbədin qapalı bir otağında saxlanıldığı deyilir.
 İstanbul əfsanələri: Yoxa çıxan qızıllar, İsa peyğəmbərin qədəhi… - VİDEO, FOTOLAR

Mələklərin tikdiyi qalalar...

Romalıların İstanbuldakı qala divarlarının mələklər tərəfindən inşa edildiyinə inandıqları əfsanədə deyilir ki, Roma imperatoru Konstantin öz tabeliyindəki ordu və gəmilərlə İstanbula gəlib. İmperator İstanbula gəldiyində Tanrının bir mələyi onu görərək, ''Sən burada məskunlaşmalısan. Lakin indi atından enmə, əsla arxana baxma və atını yola çıxdığın yerə sür'' deyib.

Mələyin dediyini yerinə yetirən imperator geri dönüb. O, iki gün ərzində atından enmədən gəzərək, sonra yenidən geri qayıdıb. Döndüyündə həmin yerdə hündür bir qalanın inşa olunduğunu görüb.

Əlavə olaraq onu da qeyd edək ki, qədim romalılar imperator Konstantinin tacının da mələklər tərəfindən verildiyinə inanırdılar. Hətta imperatora “Böyük Konstantin” deyə müraciət edirdilər.

Turan Oruc
Tarix: 12-01-2017, 22:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}