Heç bir güzəşt olmamalıdır... - “ABŞ hələ başa düşməyib ki, Rusiya yalnız güc dilini anlayır”

Heç bir güzəşt olmamalıdır... - “ABŞ hələ başa düşməyib ki, Rusiya yalnız güc dilini anlayır”
Hərbi baxımdan Amerika təkcə Rusiyanın deyil, eyni zamanda daha bir rəqibin öhdəsindən gələ bilər. Lakin Vaşinqton sərt gücdən istifadə etməkdən imtina edir və bu qərarsızlıq Rusiyanı yalnız yeni ərazi iddialarına sövq edir.
 
Moderator.az xəbər verir ki, bunu polşalı ekspert Pavel Pekarçik “Niezalezna” nəşrinə açıqlamasında bildirib. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, indi Rusiyaya qarşı sanksiyalar tətbiq olunarsa, Qərb Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq imkanlarını itirəcək. Polşalı ekspert Pavel Pekarçik isə əmindir ki, cənab Blinken, ümumiyyətlə, dünyada baş verənləri başa düşmür. “...Rusiya müstəsna olaraq sərt güc və ondan istifadə etməyə hazır olan ölkədir. İstənilən güzəşt Rusiya tərəfinin iddialarını çoxaltmağa bərabər olacaq”, - deyə o, Niezaleznaya nəşrinə izah edib.

Ekspert Polşa nəşrinə müsahibəsində Amerikanın hərbi cəhətdən güclü olduğuna və eyni zamanda təkcə Rusiyanı deyil, başqa bir dövləti də cilovlamağa qadir olduğuna diqqəti çəkir. Bu baxımdan o, əmindir ki, Amerika elitasının nə ilə məşğul olduğu barədə heç bir təsəvvürü və anlayışı yoxdur. Ekspert xatırladır ki, vaxtilə ABŞ prezidenti Ronald Reyqan “şər imperiyası”ndan, silahlanma yarışından danışanda SSRİ bilirdi ki, lazım gəlsə Amerika bu silahlardan istifadə edə bilər. “Amerikalılar Rusiyanın sivil ölkə kimi necə olacağına dair hər hansı fikirdən daha çox general Corc Pattona və ya prezident Reyqana baxmalıdırlar”, - deyə ekspert izah edib.
 
Pavel Pekarçik razılaşır ki, ABŞ və NATO-nun müvafiq cavabı bu gün həlledicidir, çünki əks halda Rusiya hər dəfə daha cəsarətlə təxribat törədəcək. “Bundan başqa, o qərar verə bilər ki, məsələn, Finlandiya onun mülkiyyəti olsun və ya digər ərazilərə də genişlənsin. “Sovet İttifaqı kiminlə istəsə həmsərhəd ola bilər” kimi köhnə zarafat Rusiya üçün də keçərlidir. İndiki vəziyyətə uyğun gələn ikinci bir zarafat da var: “Rusiya diplomatiyası nə ilə məşğuldur? Bütün dünyaya yayılmış Rusiyanın daxili işlərinin qorunması ilə. Bu, tamamilə başa düşüləndir. Rusiya sırf sərt gücə reaksiya verən strukturdur. Əgər bu nümayiş etdirilməsə, o zaman Rusiya ilə probleminiz olacaq”, - deyə o vurğulayıb.
 
Onun fikrincə, ABŞ-ın nəhayət ki, sərt güc nümayiş etdirməsi üçün əslində müharibə başlamalıdır və ondan sonra amerikalılar İkinci dünya müharibəsi zamanı olduğu kimi, öz güclərini göstərəcəklər. Bu, Pörl-Harbordan sonra baş vermişdi. “O zaman onlar təkcə hərbi qüdrətlərini deyil, həm də iqtisadiyyatın və sürətlə səfərbər olmağı bacaran cəmiyyətin gücünü nümayiş etdirdilər. Bütün bunları yerinə yetirmək üçün amerikalılar çox gərgin və sürətlə işləməli oldular. Ya Amerikanın özünə ciddi ziyan dəyməlidir, ya da Amerika elitasının dünyagörüşü dəyişməlidir, amma bunun artıq növbəti prezidentin gəlməsini gözləmək demək olduğunu bilmirəm”,deyə ekspert fikrini yekunlaşdırıb.
Tarix: 26-01-2022, 17:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}