Lukaşenko pensiyaları verə bilmir


Lukaşenko pensiyaları verə bilmirVladimir Putin, Aleksandr Lukaşenko

Neçə gündür dünya mediasında Belarusun Ukraynaya geniş miqyasda hücum ehtimalı müzakirə olunur. Deyəsən, Aleksandr Lukaşenko həmkarı Vladimir Putinə daha müqavimət göstərə bilmir. Belarus Prezidenti Kreml rəhbərinin müharibəyə fəal qoşulmaq tələblərinin qarşısında aciz qalıb. Ölkə iqtisadiyyatı isə çökür. Lukaşenko pensiyaları verə bilmir.

Bizimyol.info xəbər verir ki, məhz buna görə Minskdə təqaüd yaşının artırılması müzakirəyə çıxarılıb. Xüsusilə qadınların pensiya yaşının 63-ə qaldırılması gündəmə gəlib. Çünki Belarusda zərif cinsin nümayəndələri kişilərdən xeyli çox yaşayırlar. Fərq 14 ilə çatıb. Bu ölkədə qadınların orta hesabla 78 il yaşadığı bildirilir. Hökumət bundan çox narahatdır.
Sahibkarlar biznes-ittifaqının rəhbəri Janna Taraseviç rəsmi Minskin pensiya islahatları adı altında, əslində, yaş artırmaq peosesini həyata keçirdiyini deyir. Onun sözlərinə görə, islahatlar belorusları müəyyən yaşa qədər dözməyə stimullaşdırmır. Yaşı 60-a yaxınlaşanların əksəri hələ uzun müddət işləmək barədə düşünür. Çünki pensiya şərtləri getdikcə pisləşir.
Sosial Müdafiə Fondu maliyyə məsuliyyətinin öhdəsindən tam gələ bilmir. Buna görə də dövlət büdcəsinə müraciət etmək lazım gəlir. Son hadisələrə görə vergi daxilolmalarının məbləğinin kəskin azalması ciddi problemlərin yaranmasından xəbər verir.
Taraseviç deyir ki, ölkəni tərk edənlər də çoxdur. Pensiya ödəmələri xeyli azalıb: “Bundan sonra təqaüdlər necə veriləcək? Bu suala cavab axtarmaq lazımdır. Bu halda ya məbləğlər azaldılacaq, ya da pensiya yaşı artırılacaq”.
Belarusun Ukrayna müharibəsində tutduğu mövqe yalnız zərərinə işləyir. Sanksiyalar iqtisadiyyata ağır zərbə endirir. Bu gedişlə Lukaşenko hələ uzun müddət pensiya ödənişlərində sıxıntı yaşayacaq. İndidən ciddi problemlər ortaya çıxıb. Dövlət büdcəsi yeni dotasiyalar ayırmalıdır, amma bunu etmək iqtidarında görünmür.
İqtisadi tədqiqatlar mərkəzinin elmi işçisi Anastasiya Luzgina deyir ki, kişilərin pensiya yaşının artırılması daha mümkün deyil: “Belarusda kişilər orta hesabla pensiyaya çıxacağı yaşda həyatını itirir. Qadınlarda pensiya yaşı 58-dir. Mən yaşın istənilən halda artırılacağına inanıram”.
Tarix: 25-06-2022, 23:34




Xəbər lenti

{sape_links}{sape_article}