Zaparojye AES barədə ABŞ-dan açıqlama


ABŞ Zaporojye atom elektrik stansiyasındakı (AES) vəziyyəti diqqətlə izləyir və onun ətrafında demilitarizasiya zonası yaratmağa çağırır.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
“Energetika Departamenti və ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi radiasiya sensorlarının məlumat ötürməyə davam etdiyini bildirməyə davam edir. Xoşbəxtlikdən, bu məlumatlar radiasiya səviyyəsinin artması və ya anormal olmasının heç bir əlamətini göstərmir”, - deyə o bildirib.
Tarix: 13-08-2022, 08:22




Xəbər lenti

{sape_links}{sape_article}