Ukrayna SQ Baş qərargahı ELAN ETDİ: Xarkov yaxınlığında...


 
Ukrayna ordusu Xarkov istiqamətində, Pitomnik rayonu ərazisində rusların hücumunu dəf etdiyini və onları ciddi itkiyə məruz qoyduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayma Müdafiə nazirliyinin yaydığı rəsmi məlumatda Rusiya ordusunun Xerson bölgəsindəki Lozovoye və Şirokoye yaxınlığında itkilərlə geri çəkildiyi qeyd olunub.
Xarkov yaxınlığında rus qoşunları Xarkov, Udı, Prudyanka, Russkaya Lozovaya, Çerkasskiye i Russskiye Tişki, Petrovka, Starı Saltov, İvanovka, Qusarovka, Lebyajye və Korobochkino yaşayış məntəqələrinin mülki infrastrukturunu atəşə tutublar. Hava zərbələri Starı Saltov, Qusarovka və Mospanovo yaxınlığında həyata keçirilib. Ruslar burada yüksək intensivlikli dron kəşfiyyatını həyata keçirirlər.
Seversk istiqamətində rus hərvçiiləri Çerniqov vilayətinin Senkovka, Qremyaç və Puşkari, Sumı vilayətinin Basovka və Kondratovka yaşayış məntəqələrini müxtəlif çaplı artilleriyadan atəşə tutublar. Sərhəd rayonlarının pilotsuz uçuş aparatları ilə havadan kəşfiyyatı aparılıb.
Slavyansk istiqamətində ruslar Vernopolye, Boqorodiçnı, Bolşaya Komışevaxi, Nemalenkoe, Krasnopolye, Dolina və Dibrovnoye yaxınlığında tanklardan, top artilleriyasından və reaktiv qurğulardan atəş həyata keçiriblər. Zaliman kəndi yaxınlığına isə hava zərbəsi endirilib. Novaya Dmitrovka və Dolina kəndlərində Rusiya ordusu Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışsa də, uğur qazana bilməyib və geri çəkilib.
Kramatorsk istiqamətində rus qoşunları top və raket artilleriyasından Kramatorsk, Verxnekamenski, Seversk, Qriqorovka və Krivaya Luka rayonlarını atəşə tutublar.
İvano-Daryevka və Vyemka yaxınlığında taktiki vəziyyəti yaxşılaşdırmağa çalışan Rusiya ordusu geri çəkilib.
Baxmut istiqamətində RF qoşunları Çasovoy Yar, Baxmut və daha 7 yaşayış məntəqəsi yaxınlığındakı hərbi və mülki infrastrukturu atəşə tutub. Ruslar Yakovlevka, Spornı, Vesela Dolina, Kodema, Soledar, yaxınlığında hava zərbələri endiriblər.
Pavlovka və Novoselka istiqamətlərində rusların taktiki mövqeyini yaxşılaşdırmaq cəhdləri uğursuzluqla nəticələnib.
Rusların Lozovoye və Şirokoye yaşayış məntəqələri ərazilərində irəliləmək cəhdləri də uğursuz alınıb.
Tarix: 13-08-2022, 23:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}