İranda polis məntəqələrinə od vurulduğu xəbər verilir



Sosial media istifadəçilərinin sentyabrın 21-də yaydığı məlumata görə, hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb
İranda davam edən etiraz aksiyalarında sentyabrın 22-də Tehranda və başqa şəhərlərdəki polis məntəqələrinə və avtomobillərinə od vurulur.
Reuters xəbər verir ki, etirazçılar habelə təhlükəsizlik qüvvələrinə, ictimai polis rolunu oynayan Bəsic təşkilatının üzvlərinə hücumlar edirlər.
100 minə yaxın üzvü olan Bəsici, bəzən “əxlaq polisi” də adlandırırlar. Bu təşkilatın üzvləri vətəndaşların şəriət qaydalarına, o cümlədən qadınların hicaba riayət etməsinə nəzarət edirlər.
Xəbər verilir ki, sentyabrın 21-də Məşhəddə Bəsicin bir üzvü bıçaqlanaraq öldürülüb.
Təsnim və Fars agentliklərinin verdiyi bu xəbər Telegram platformasında yayılıb, çünki hər iki agentliyin saytları bloklanıb.
Bəsic üzvünün öldürülməsinə dair rəsmi təsdiq yoxdur.
Təsnim xəbər verib ki, Bəsicin daha bir üzvü Qəzvin şəhərində “qiyamçı və cinayətkarların”törətdiyi atışmada ölüb.

İranda internet kəsilir

Sentyabrın 21-də İran hökuməti ölkədən informasiya axınını dayandırmaq üçün İnterneti məhdudlaşdırmağa başlayıb. 22 yaşlı qadının hicab polisi tərəfindən saxlanandan sonra ölümü ölkə boyunca etirazlara səbəb olub.

Instagram, WhatsApp bloklanır

Londondan yerləşən NetBlocks internetə nəzarət qurumu bildirir ki, İran 2019-cu ilin zorakı noyabr etirazlarından bəri ən sərt internet məhdudiyyətlərinə məruz qalıb. O zaman benzinin qəfil bahalanması böyük etirazlara səbəb olmuşdu.Sosial media istifadəçilərinin sentyabrın 21-də yaydığı məlumata görə, hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb.
İran hakimiyyəti indiyədək onminlərlə vebsaytı bloklayıb, kritik dönəmlərdə interneti məhdudlaşdırıb, yaxud tamamilə kəsib. 2019-cu ildə internet bağlantısı bir həftəyəcən olmamışdı.
Azadlıq radiosu
Tarix: 22-09-2022, 22:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}