Əsgər analarının döyülməsi - Paşinyanın silahdaşları niyə susur?


"Deputatlara tapşırılıb ki, “Yerablur” hərbi panteonunda polisin ölən hərbçilərin valideynlərini, sözün əsl mənasında, sürüyə-sürüyə aparması və onların bacılarının nəzarətə götürülməsi barəsində heç bir şey danışmasınlar".
Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.
Erməni nəşri mövzunu belə davam etdirib:
“Bununla bağlı 2 gün ərzində Milli Məclisin əksəriyyətinin, hakim partiya üzvlərinin fikirlərini dinləməyə çalışdıq. Demokratiyadan danışanlar baş verənləri qətiyyətlə pisləyəcəyinə ümidimiz vardı, lakin onlarla danışmağa müvəffəq olmadıq. Deputatlar həm zənglərimizi, həm də mesajlarımızı cavabsız qoydular.
Üstəlik, əməkdaşlarımızdan biri deputat Sovinar Vardanyanla ünsiyyətdə olmaq şərəfinə nail olmaq üçün onu fraksiya katibi Artur Ovannisyanla əlaqə saxlamağa çağırıb: “Bizim fraksiyanın müsahibələrini fraksiya katibi Artur Ovannisyan koordinasiya edir. Xahiş edirəm, məndən müsahibə götürməzdən əvvəl onunla əlaqə saxlayın.
Qanuna və əsasnamələrə görə, vicdanında, düşüncəsində, əqidəsində azad olan hakim komandanın deputatlarına, əslində, fraksiya katibi tərəfindən dəhşətli qadağalar var”.
Tarix: 24-09-2022, 13:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}