Rusiyada ərzaq talonları çap olunmağa başlandı- "Xoşbəxt" SSRİ dövrü qayıdır...-FOTO



"Ölkədəki durum  getdikcə İrandakı "inkişaf" ssenarisinə yaxınlaşır...""Xüsusilə, ət, süd, balıq və hətta xörək duzu üçün kuponlar çap olunur..."
 
Rusiya, rusların xəyal etdiyi Sovet İttifaqı dövründə olduğu kimi,  qıtlıq dövrünə qayıdaraq əhaliyə ərzaq talonları çap etməyə və verməyə başlayıb.

Moderator.az xəbər verir ki,  Ukrayna mediası bu barədə Rusiya nəşrləri, o cümlədən "Bezformata" portalına istinadla məlumat yayıb.
 
Məlumatda bildirilir ki, internet şəbəkələr yerli mətbəələrdən fotoları dərc etməyə başlayıb. Jurnalistlər aydınlaşdırıb ki, nəzarət və ərzaq talonlarının çapı “planlı” olub.
 
Tula vilayətinin Sənaye və Ticarət Nazirliyi artıq mediada yayılan xəbərlərə reaksiya verib.
 
"Tula vilayətinin Sənaye və Ticarət Nazirliyi əhalinin ərzaq və qeyri-ərzaq məhsulları ilə təchizatı üçün sənədlərin yenilənməsi üzərində işləyir. Bu cür işlər mövcud qanunvericiliklə nəzərdə tutulub və planlaşdırılır", - deyə regional hökumətin bəyanatında deyilir. 
 
Qeyd edək ki, talonlar ölkədə müəyyən növ malların qıtlığı yarananda tətbiq edilir. Onlar vasitəsilə adambaşına düşən məhsulların istehlakı tənzimlənir.
 
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, fevralın 24-dən sonra Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra rusiyalıların 80%-dən çoxu pul əmanətlərini qismən və ya tamamilə itirib.
 
Bundan əlavə, daha əvvəl məlumat verİldiyi kimi, Rusiyanın sanksiyaların  nəticələrindən “sevinməsinə" baxmayaraq, getdikcə ölkədəki durum İrandakı "inkişaf" ssenarisinə yaxınlaşır...
 

Tarix: 6-12-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}