5 il 54 medianın hərəsinə hər ay azı 40 min dollar - Sorosun əməllərinin hədəfləri...


5 il 54 medianın hərəsinə hər ay azı 40 min dollar - Sorosun əməllərinin hədəfləri...

Rəfail Becanov: “Bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur...”

Dünyanın bir çox ölkəsinin hakimiyyətinə qarşı yönəlmiş inqilabların, toqquşmaların və iğtişaşların sponsoru kimi tanınan amerikalı milyarder Corc Soros bütün dünyada 253 media orqanına rüşvət verməkdə şübhəli bilinir. Araşdırmaya Washington Post, Bloomberg, CNN, NBC, CBS və NPR kimi nüfuzlu media orqanları daxildir.
Qeyd edildiyi kimi, məlum olub ki, milyarder bu illər ərzində hadisələrin istədiyi kimi işıqlandırılması üçün 2016-2020-ci illər ərzində 54 nüfuzlu media xadiminə ümumilikdə 131 milyon dollar ödəyib.
Ödənişlər Corc Soros tərəfindən maliyyələşdirilən qruplar vasitəsilə həyata keçirilib:
"Milyarder Corc Sorosun abort, marksist iqtisadiyyat, antiamerikanizm, polisin maliyyələşdirilməsinin dayandırılması, ətraf mühitin ekstremizmi və LGBT təəssübkeşliyi ilə bağlı radikal "açıq cəmiyyət" gündəmini yaymaq üçün öz təşkilatlarına sərmayə qoyduğu 32 milyard dollardan çox vəsait dividend ödəyib".
Qeyd edildiyi kimi, bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon dollar alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə Sorosla əlaqələndirilir.
Böyük media quruluşlarına verilən pulun miqdarını hesabladıqda, hər bur redaksiyaya 40 min dollar pul düşür ki, bu da az məbləğ sayılmır. Bunu etməklə  Sorosun əsas hədəfi nə olub?
Bununla bağlı “Cümhuriyət” qəzeti və Cəbhə.info Xəbər Portalının rəhbəri Rəfail  Becanov “Bakı-Xəbər”ə bildirib ki, nəzərdə tutulan yardımlar, ayrılan vəsaitlər açıq cəmiyyətlərin formalaşmasına, demokratik dəyərlərin möhkəmlənməsinə xidmət edəcəksə, təbii ki, bu, alqışlanmalı məsələdir: “Amma bu şəxsi maraqlara, hansısa bir fərdin öz dünyagörüşünə, yaxud onun təmsil etdiyi cəmiyyətin, dövlətin dünya görüşünə xidmət edirsə, bu, yolverilməzdir. Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutu adına görə çox maraqlı qurumdur. Ona görə ki, onun adında görünən məqsədlər maraqlıdır. Dünyada açıq cəmiyyətin formalaşmasına, demokratik təsisatların möhkəmlənməsinə xidmət edir. Amma bu, onun zahiri tərəfidir. Daxili tərəfini isə araşdıranda görürük ki, Sorosun maraqlarına, onun təmsil etdiyi cameənin maraqlarına xidmət edən bir fəaliyyətdir. O cümlədən, mediaya ayrılan vəsaitlərin də təyinatı bu qəbildəndir. 
Dünyada mediaya bu qədər vəsait ayrılırsa, bu, medianın inkişafına hər hansı bir təsir etmirsə, yenə də həmin medialar müvafiq qurumlardan, o cümlədən Sorosun təmsil etdiyi belə institutlardan, fondlardan asılı olursa, nəticə etibarı ilə heç nə dəyişməmiş olur. Bu məlumatla mən də tanış olmuşam. 253 media orqanına müxtəlif vəsaitlər ödənib. Bunun içində xeyli sayda dünyada tanınmış media orqanı var. Hesab edirik ki, bu media orqanları hər zaman təmsil etdikləri dövlətin, təmsil etdikləri dünyagörüşün, fondların və vəsait aldıqları dairələrin  maraqlanrından  çıxış edirlər. 
Digər tərəfdən, 54 nüfuzlu media xadiminə 131 milyon dollar vəsait ödənməsi faktı da var. Bu 54 nüfuzlu media xadimi kimlərdir? Onlar dünyada medianın inkişafı üçün hansı işləri görüblər? Bunun özü məlum deyil. Amma Sorosun maliyyələşdirdiyi müxtəlif maraq qrupları yerli milli mentalitetlərin əleyhinə olan fəaliyyət növləridir. Məsələn, onların əsas xətlərindən biri LGBT təəssübkeşliyidir. Bu, dünyada çox az və nadir cəmiyyətlərə xas xüsusiyyətlərdir. Bunu bütün dünyaya yaymaq üçün bu qədər vəsaitlərlə cəmiyyətlərin milli mentalitetlərinə müdaxilə etmək istəyirlər. Bununla da öz nəzarətlərini təmin etməyə çalışırlar. 
Hesab edirəm ki, bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur. Medianı idarə etmək,  medianın vasitəsi ilə cəmiyyəti idarə etmək üçün yaratdıqları bir mexanizmdir. Əgər bunların maraqları doğrudan da azad söz, azad media qurluşlarının güclənməsi olarsa, fəaliyyətlərə müdaxilə etmək yolverilməzdir. Amma bu zaman biz başqa şeylərin şahidi ola bilərik. Harada onların barmaqları varsa, orada bir müdaxilə var”.
Media rəhbərinin sözlərinə görə, onlar öz maraqlarına uyğun informasiyanı dünyaya elə sırıyırlar ki, hər kəs inanır: “Amma üstündən illər keçəndən sonra məlum olur ki, informasiyanın bu formalarla cəmiyyətlərə ötürülməsi həmin maraq qruplarının, Soros kimi adamların təmsil etdiyi dünyagörüşün maraqlarına uyğun hazırlanıb. 
Hesab edirəm ki, Azərbaycanda media orqanları artıq oturuşmuş orqanlardır, bizim milli və dövlət maraqlarlarımızın tələb etdiyi formada fəaliyyət göstərirlər. Xarici təsirlər fonunda maraqlarımızın əleyhinə fəaliyyət mümkün deyil. Çünki bizim üçün önəmli milli maraqlarımızdır. Ola bilsin ki, ayrı-ayrı fərdlər, yaxud qruplar bu prosesdə iştirakçısı, Sorosun düşüncə, maraq dairəsinin təmsilçiləridir. Amma onlar da Azərbaycan cəmiyyətinə böyük təsir elementləri yarada bilməzlər. Bu baxımdan bəzi media orqanlarının, media fəaliyyəti göstərən hər hansı bir şəxsin bu vəsaitlərdən faydalanması ilə nələrsə edə biləcəyi mənə inandırıcı gəlmir. Sadəcə olaraq vəsaiti alır, o vəsaitin müqabilində də vəsait aldığı maraq qrupuna xidmət edir. Ona görə də bu tendensiyanın Azərbaycanda cəmiyyət tərəfindən qəbul edildiyinə inanmıram. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti xarici maraq qruplarından vəsait alan, onların maraqlarını Azərbaycanda reallaşdırmaq istəyən istənilən qruplara qarşı radikal mövqedədir. Onların tamamilə əleyhinədir və onları dəstəkləmir”.
Cebhe.info

Tarix: 24-01-2023, 16:11




Xəbər lenti

{sape_links}{sape_article}