"Ukraynada müharibənin inkişafının üç ssenarisi" - "The Economist"


"ABŞ Rusiyanın xaosa qərq olması, nüvə arsenalı üzərində nəzarətin itirilməsindən narahatdır..."
"Ən pis ssenari pat vəziyyətidir, Rusiya zəbt etdiklərinin böyük hissəsini əlində saxlayacaq, bu da Qərbin Ukraynaya inamını sarsıtmaqla, Putini cəsarətləndirəcək..."
 
Ukraynanın rəsmi şəxslərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri miqyaslı əkshücuma hazırdır, nəticədə Ukrayna Rusiya tərəfindən zəbt edilmiş ərazilərini geri qaytarmağa ümid edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazıb.
 
Rusiya tərəfinin və Amerikanın bəzi KİV-lərinin fikrincə, bu əkshücum artıq Zaporojye istiqamətində başlayıb.
 
Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Lakin Qərb analitiklərinin müharibənin inkişafı ilə bağlı üç ümumi ssenarisi var.
 
Birinci ssenari Ukraynanın   böyük irəliləyişini nəzərdə tutur, bunun gedişində Ukrayna Silahlı Qüvvələrinin ilhaq edilmiş Krıma quru yolu bağlayacaq və Donbasın böyük hissəsini özünə qaytaracaq.
 
Bu, hücumun ən əlverişli nəticəsidir, Avropaya sülh gətirəcək və Rusiya prezidenti hakimiyyətini itirəcək, nəşr yazıb.
 
Lakin bu variantda nüvə silahı təhlükəsi var. Bu zaman jurnal qeyd edir ki, ABŞ-ı ən çox narahat edən Rusiyanın xaosa qərq olması, həmçinin, bu silahın cari müharibədə istifadə edilməsindən daha çox nüvə arsenalı üzərində nəzarətin itirilməsidir.
 
İkinci ssenari Rusiya üçün daha az itkiləri, lakin həm də gələcək məğlubiyyətlərinin perspektivini nəzərdə tutur. Bu, Rusiyanı cəzalandırmaq və Vladimir Putinin mövqelərini zəiflətmək üçün yetərli ola bilər.
 
Üçüncü ssenari qaranlıqdır, pat vəziyyətidir, bu da Rusiyaya zəbt etdiklərinin böyük hissəsini əlində saxlamağa imkan verəcək. Bu, Qərbin Ukraynaya inamını sarsıdacaq və Putini cəsarətləndirəcək.
 
Rusiyanın hərbi uğursuzluqlarına rəğmən, Putin, görünür, əraziləri ilhaq etmək, Kiyevdə oyuncaq hökumət təyin etməklə Ukraynanı özünə tabe etmək planlarından imtina etməyib.
 
Bunu Berlində Rusiya və Avrasiyanın öyrənilməsi üzrə Karnegi mərkəzinin direktoru Aleksandr Qabuyev deyib. Kreml buna nail olmaq üçün münaqişənin uzun lllər davam etməsinə bel bağlayır.
 
Müharibənin uzanmasından yan keçmək olar, amma bunun üçün Ukrayna əhəmiyyətli hərbi qələbələrə nail olmalıdır, bu da Kreml rəhbərini öz məqsədlərinə yenidən baxmağa vadar edəcək. 
 
Qərbin, o cümlədən Almaniyanın bəzi rəsmi şəxsləri ümid edir ki, Ukraynanının əkshücumundan sonra sülh danışıqları olacaq. 
 
Lakin danışıqlar olsa belə, Rusiyanın bu danışıqlarda iştirak etməsi müharibənin uzadılmasının tamamilə qeyri-səmimi taktikası ola biləcəyi ilə bağlı narahatlıqlar var.
 
Bundan da yan keçmək üçün Qərb ölkələrinin Kiyevə hərbi və humanitar yardım göstərilməsi üzrə genişləndirilmiş zəmanətlər tələb edilir, jurnal yazır.
 
Əgər müdafiə və infrastrukturun bərpası üzrə belə zəmanətlər hüquqi cəhətdən uzun müddətə təsdiq ediləcəksə, bu, Kremlin Qərbin Ukraynaya yardımdan "yorulmasını" gözləmək ümidlərini məhv edəcək.
Tarix: 9-06-2023, 22:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}