“Sibir batalyonu” Belqorod yaxınlığındakı kəndi nəzarətə götürüb

Döyüşçülər Qorkovskoye kəndinə daxil olublar
“Sibir batalyonunun” və Çeçenistan İçkeriya Respublikasının könüllü döyüşçüləri Belqorod yaxınlığındakı Qorkovskoye kəndinə daxil olublar. AYNA xəbər verir ki, bu barədə “Sibir batalyonu”nun “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, əsgərlər kənddəki inzibati binanı ələ keçiriblər.
“Şər imperiyasına qarşı birlikdəyik! Rusiya azadlıq qüvvələrinin bölmələri Çeçenistan İçkeriya Respublikasından olan könüllülərlə birlikdə Rusiya Federasiyasının ərazisindəki Qorkovskoye kəndinə daxil olaraq yerli administrasiyanın binasını ələ keçirdilər”, – döyüşçülər şəkillərini paylaşaraq yazıblar.
Tarix: 17-03-2024, 23:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}