“Onun sonu Haaqa tribunalında bitməlidir” – “Putin ən çox ədalətdən qorxur...”


"Rusiyanın Ukraynanın işğal olunmuş ərazisində etdiyi hər şey cinayətdir. Bu müharibədə Putinin ömürlük hakimiyyəti naminə Rusiya qatillərinin etdiyi hər şeyə görə ədalətli cəza verilməlidir. O, hər şeydən çox yalnız bir şeydən - ədalətdən qorxur”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin prezident seçkisindəki “qələbəsi”ni şərh edərkən deyib.
Zelenski qeyd edib ki, “Rusiya Federasiyasında keçirilən seçkilərin heç bir legitimliyi yoxdur və ola da bilməz: “Bu günlərdə Rusiya diktatoru növbəti seçkiləri imitasiya edir. Dünyada hər kəs başa düşür ki, bu fiqur tarixdə tez-tez baş verdiyi kimi, sadəcə olaraq hakimiyyət xəstəliyinə tutulub və ömürlük hökm sürmək üçün hər şey edir. Elə bir pislik yoxdur ki, o, şəxsi hakimiyyətini uzatmaq üçün etməsin və dünyada heç kim bundan sığortalanmayıb”.
Zelenski deyib ki, “Putinin sonu Haaqa tribunalında bitməlidir”.
Tarix: 18-03-2024, 23:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}