Türkiyə və ABŞ RAZILAŞDI - Ankara hərəkətə keçir, bundan sonra Rusiya...

 
Türkiyə ilə ABŞ arasında Rusiyaya qarşı sanksiyalara riayət olunması sahəsində əməkdaşlığa dair razılaşma əldə olunub. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, razılaşmaya əsasən Vaşinqton bundan sonra Türkiyə şirkətləri tərəfindən anti-Rusiya məhdudiyyətlərinin pozulması ilə bağlı şübhələr barədə Ankaranı xəbərdar edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Türkiyə arasında Rusiyaya qarşı sanksiyalara əməl olunması ilə bağlı razılaşmaya dair xəbərləri şərh etməyib.
Peskov jurnalistlərə deyib: "Bizim şərh edəcək heç bir mövzu yoxdur. Bunlar Türkiyə ilə Amerika arasındakı münasibətlərdir. Bizim burada deyəcək bir sözümüz yoxdur. Biz Türkiyə ilə münasibətlərimizi inkişaf etdiririk və bu sanksiyaları qeyri-qanuni hesab edirik”.

Qeyd edək ki, ABŞ-ın ikincili sanksiyaları ilə bağlı təhlükəyə görə Türkiyə bankları bu ilin əvvəlindən bəri Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina edirlər. Bunun nəticəsidir ki, fevral ayında Türkiyənin Rusiyaya ixracında 33 faiz azalma qeydə alınıb.
Tarix: 20-03-2024, 20:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}