RS: Latviyanın Rusiyanı məhv etməyə çağırışı nüvə eskalasiyasına səbəb olacaq




Latviya prezidenti Edqars Rinkeviçsin Rusiyanın məhv edilməli olduğu barədə bəyanatları nüvə eskalasiyasına səbəb olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Responsible Statecraft" yazır.

Məqalə müəllifinin qeyd etdiyi kimi, Avropa liderləri onların ritorikasının ABŞ tərəfindən necə qəbul edildiyini nəzərə almalıdırlar.

"Bu, ilk növbədə, təhlükəsizliyi demək olar ki, tamamilə Amerikanın onlara kömək etməyə hazır olmasından və istəyindən asılı olan Baltikyanı dövlətlərə aiddir”, - nəşr yazır.



Nəşrin fikrincə, Rinkeviçlərin bu cür bəyanatları dünyada nüvə gərginliyinə səbəb olacaq və bu, Vaşinqtonun planlarının bir hissəsi deyil.

Bundan əvvəl Edqars Rinkeviçs demişdi ki, Rusiya məhv edilməlidir.

Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski RT ilə söhbətində deyib ki, Litva, Latviya, Estoniya kimi dövlətlər Qərb siyasətçiləri ilə bərabər mövqedə olmağa çalışırlar. 
Tarix: 20-03-2024, 21:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}