Ukrayna ordusu Rusiyanın ən bahalı “Forpost”undan birini vurub

Ukrayna ordusu Rusiyanın ən bahalı “Forpost”undan birini vurub
Pilotsuz təyyarə Qara dənizdə Odessa zenit-raket briqadası tərəfindən vurulub

Ukrayna hərbçiləri Rusiyanın “Forpost” hücum və kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) məhv edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, pilotsuz təyyarə Qara dənizdə Odessa zenit-raket briqadası tərəfindən vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Yevlaş Ukrayna telemarafonunda qeyd edib ki, “Forpost” pilotsuz uçan aparatı Rusiya Silahlı Qüvvələrinin xidmətində ən bahalı dronlardan biridir. Onun dəyəri 7 milyon dollar qiymətləndirilir.

Onun sözlərinə görə, bu, kəşfiyyat apara bilən, həmçinin yerüstü hədəfləri vurmaq üçün iki raket və ya digər silah şəklində əlavə döyüş yükü daşıya bilən kifayət qədər böyük pilotsuz təyyarədir.

Ukraynanın cənubundakı müdafiə qüvvələrinin sözçüsü Natalya Qumenyuk bildirib ki, Rusiya hərbçiləri A-50 uzaqmənzilli radar kəşfiyyat təyyarələrinin çatışmazlığını kompensasiya etmək üçün kəşfiyyat pilotsuz təyyarələrindən getdikcə daha çox istifadə etməyə başlayıblar.

“Son gün ərzində Odessa vilayətindən Zaporojyeyə qədər bizim məsuliyyət zonamızda 200-dən çox kəşfiyyat aparatı müşahidə etmişiksə, bu gün bir qədər az olub. Lakin düşmən kəşfiyyatı davam etdirir və açıq-aydın onun havadakı A-50-ni bu yolla kompensasiya etməyə ehtiyacı var”, - Qumenyuk əlavə edib.
Tarix: 2-04-2024, 19:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}