Vitali Balasanyandan Paşinyana: - Sakit buraxın, çevriliş edəsi deyiləm

Vitali Balasanyandan Paşinyana:
Qarabağdan Ermənistana köçən Vitali Balasanyan bir neçə qohumu ilə birlikdə anti-korrupsiya komitəsinə çağırılıb.

Ölkə.Az xəbər verir ki, anti-korrupsiya komitəsində Balasanyanın və onun ətrafındakılardan Həkəridən Azərbaycan sərhədini necə keçdiklərini öyrənməyə çalışıblar. Lakin ən çox hüquq-mühafizə orqanları onların siyasi proseslərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

Bir neçə sorğu-sualdan sonra "artsaxın təhlükəsizlik şurasının keçmiş katibi" Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanla dolayı yolla əlaqə saxlayıb. O, hakimiyyətin dəyişdirilməsi və siyasi proseslərdə iştirak etmək niyyətində olmadığını bildirib.

Balasanyan Paşinyandan onu sakit buraxmağı tələb edib.
Tarix: 4-04-2024, 19:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}