Kiyev vilayətinin ən güclü istilik elektrik stansiyasına zərbə - VİDEO

Kiyev vilayətinin ən güclü istilik elektrik stansiyasına zərbə
Aprelin 11-nə keçən gecə Rusiyanın endirdiyi zərbə nəticəsində Kiyev vilayətindəki “Tripolskaya” İES tamamilə dağılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə “Centrenergo”nun Müşahidə Şurasının rəhbəri Andrey Qota bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində turbin sexində güclü yanğın baş verib. Şirkət onun lokallaşdırılması üzərində işləməyə davam edir.
Qeyd edək ki, “Tripolskaya” İstilik Elektrik Stansiyası Kiyev vilayətinin ən güclü elektrik stansiyasıdır. O, regiondakı müəssisələrin istehsal etdiyi bütün enerjinin təxminən yarısını istehsal edir.

Video - https://www.instagram.com/p/C5nzbFQKPcu/
Tarix: 11-04-2024, 19:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}