“Əgər bu qanun qəbul edilsə...” - ABŞ Senatı Gürcüstan hakimiyyətini hədələdi


ABŞ senatorlarından ibarət ikipartiyalı qrup xəbərdarlıq edib ki, əgər “xarici agentlər” haqqında qanun qəbul olunarsa, onlar Gürcüstan-Amerika münasibətlərinə yenidən baxılmasına və ölkənin siyasi rəhbərliyinə qarşı sanksiyaların tətbiqinə çalışacaqlar.
“AzPolitika” xəbər verir ki, “Amerikanın səsi”nin məlumatına görə, 14 senatorun imzası ilə Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə bununla bağlı müraciət ünvanlanıb: “Əgər bu qanun qəbul olunarsa, biz ABŞ-nin Gürcüstanla bağlı siyasətində dəyişikliyi təşviq etmək məcburiyyətində qalacağıq ki, bu da Gürcüstanın demokratik inkişafına xələl gətirən və ya onun Avro-Atlantik trayektoriyasına mane olan şəxslərə qarşı sanksiyaların, ABŞ-nin birbaşa maliyyə yardımının nəzərdən keçirilməsi olacaq”.
Senatorlar vurğulayırlar ki, “xarici agentlər” təşəbbüsü “Gürcü arzusu”nun iddia etdiyinin əksinə olaraq, “heç bir ABŞ qanununu əks etdirmir”. Onların qiymətləndirməsində bu qanun Qərbin yardımına qarşı yönəlib və “vətəndaş cəmiyyəti və medianı susdurmaq üçün istifadə olunacaq”.
“Amerikanın səsi” bildirir ki, Kobaxidzeyə göndərilən məktub Senatda Gürcüstanla bağlı indiyə qədər verilən ən sərt bəyanat olub.
Tarix: 27-04-2024, 22:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}