Tərtərdə 23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Siam.az xəbər verir ki, karantin qaydalarının tələblərinə əməl etməklə Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən rayon rəhbəri dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb.
Qeyd olunub ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 179 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 24 nəfəri gənc, 34 nəfəri isə qadındır.
Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Tarix: 23-06-2021, 14:53
-
Bu gün, 14:51
Başkəndi başsız sanıb, başından böyük danışanlar – Deputatın rüsvayçı səhvinin səbəbi
-
Bu gün, 14:48
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun kimliyi açıqlandı
-
Bu gün, 14:45
Daha bir şirkət valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 14:41
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!
-
Bu gün, 14:02
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
-
Bu gün, 14:01
Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?
-
Bu gün, 13:55
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
-
Bu gün, 11:24
"MEŞƏ QULDURU" İLQAR QƏRİBOV DƏSTƏSİLƏ ƏHVƏ DÜŞMƏSİ ÜÇÜN MÜKAFAT VƏD EDİB?
-
Bu gün, 11:22
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
-
Bu gün, 11:03
"Meqastore"də saxta kolbasa satılır? VİDEO
-
Bu gün, 10:54
Dövlətdən "oğurlanan" milyonlar və məmur oğlunun dəbdəbəli toyu
-
Bu gün, 10:16
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
Bu gün, 10:13
AYNA məhkəməyə verildi
-
Bu gün, 09:52
Tbilisidə "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir - FOTO
-
Bu gün, 09:40
Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR - "Nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar"
-
Bu gün, 09:17
Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər... - ANCAQ...
-
Bu gün, 09:16
"Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır" - Ermənistanın Aİ-dəki səfiri
-
Bu gün, 09:13
Qadınlara hicabı məsləhət görən nüfuzlu din xadiminin nəvələrinin lüks həyatları – FOTOLAR
-
Bu gün, 09:12
Gürcüstanın keçmiş dövlət naziri Tbilisidə keçirilən aksiyada saxlanıldı
-
Dünən, 21:49
Ermənistan-Türkiyə sərhəd məntəqəsi istismara hazırdır
-
Dünən, 21:47
Ən gözəl “Qərənfil inqilabı” və ya “Xalq birləşdikdə yenilməzdir!” - FOTOLAR
-
Dünən, 21:45
“Putin Hitler kimi davranacaq”: Nazir Rusiyadan gözlənilən təhlükə barədə xəbərdarlıq edib
-
Dünən, 21:42
Fuad Muradov 7 kişini şantajda ittiham olunur
-
Dünən, 21:30
“Avropalılar Donbas uğrunda ölməyə getməyəcəklər” –Cozep Borrel
-
Dünən, 21:10
Bədən şəkilləndirmə etdirmək istəyən xanmın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyacan siqnalı
-
Dünən, 17:02
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 17:01
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 16:59
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 16:59
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 16:57
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
{sape_links}{sape_article}