Ermənistanda parlament seçkilərinin nəticələrinin təkrar sayılması başa çatdı



Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin təkrar sayılması üzrə işləri başa çatdırıb.

Pravda.az-ın xəbərinə görə, 83 seçki məntəqəsində səsvermənin nəticələri sayılıb, 33 seçki məntəqəsində namizədlərin xeyrinə verilmiş səslərin heç birində dəyişiklik qeydə alınmayıb.

Səslərin təkrar sayılmasında müvafiq seçki komissiyalarının üzvləri, seçkilərdə iştirak edən partiyaların etibar etdiyi şəxslər, kütləvi informasiya vasitələrlərinin nümayəndələri və müşahidəçilər iştirak ediblər.

Qeyd edək ki, müxalifət nümayəndələri seçkilərdə kütləvi qanun pozuntularının baş verdiyini bildiriblər. Onlar nəticələrlə razılaşmadıqlarını açıqlayıblar. Eyni zamanda İstintaq Komitəsi, Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyası qanun pozuntularına yol verildiyini bildiriblər.
Tarix: 27-06-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}