Muxtar Babayevin Qalib Həsənovun qanunsuz əməllərindən xəbəri varmı?-ŞİKAYƏT



Bərdə rayon Şirvanlı kənd sakini Məmiyev İslam Şirin oğlu Azerinfo.az xəbər portalına məlumat verərək bildirir ki, Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənov bir çox qanunsuzluqlara yol verir .
Belə ki, redaksiyamıza təqdim etdiyi çəkilişlərdən açıq aydın görünür ki, həqiqətən də meşə fonduna aid ərazilərdə pambıq və bostan sahələri salınıb. Kadrlarda gördüyünüz bu ərazi isə Bərdə rayon Aslan Əyricə mesəbəyliyinin 4 və 5 saylı dolaylarının 7-ci və 8 -ci kvartalları quşçuluq sahəsidir.

Şikayətçi bildirir ki, bu ərazilərdə körpə tinklər qanunsuz məhv olunaraq yerində pambıq və bostan sahələri salınır.

Məlumat da o da qeyd olunur ki, Qalib Həsənov həmin ərazini, yəni körpə tinklərin qorunması üçün ayrılan vəsaitləri da mənimsəyir.
Halbuki, hazırda həmin tinklərdəhn əsər-əlamət belə yoxdur.
Sadəcə kağız üzərində göstərir ki, guya həmin ərazilərdə tinklər yetişdirilir və onların qorunması üçün müxtəlif məbləğ də pullar silinir.
Necə deyərlər "həm ziyarət, həm ticarət". Onu da qeyd edək ki, Qalib Həsənovun iri və xırda buynuzlu mal-qara fermalarının olduğu iddia olunur.
Bəs maraqlıdır görəsən, 100 min hektarlarla icarəyə verilmiş meşə fonduna məxsus ərazilərdə yığılan külli miqdarda pullar kimin və ya kimlərin cibinə gedir?! Bir sözlə belə aydın olur ki, meşə fonduna aid olan torpaqları Qalib Həsənov öz şəxsi biznesinə çevirib.
Necə deyərlər "görünən dağa nə bələdçi".
Elə əsil bələdçi və geniş maliyyə imkanlarına malik Qalib Həsənovun özüdür. Maraqlıdır, görəsən Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin Qalib Həsənovun bu qanunsuz əməllərindən xəbəri varmı?
Əgər varsa çox pis, yox, yoxdursa rəzalət.
Inanırıq ki, təqdim etdiyimiz bu faktlardan sonra nazir Muxtar Babayev və hüquq mühafizə orqanları sözügedən cinayəti araşdıracaq və Qalib Həsənovun barəsində qanuna müvafiq şəkildə tədbir görüləcək.

Qarşı tərəfin mövqeyin öyrənmək üçün Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənovla telefon vasitəsilə əlaqə saxladıq. Qalib müəllim bizə bildirdi ki, sözügedən məsələdən Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun xəbəri vardır.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Xidmətə rəis gələndən sonra meşələrdə bir az da "soyrqımlar" artı. Görünür Xalıqverdi müəllim köhnə sənətin davam etdirmək istəyir. Necə ki, o, ekologiya rəisi olan zaman meşə, qoruq, park və çaylarda "soyqırımlar" törətdirirdi.

Bizi izləməkdə davam edin və sizə Bərdə RMTM və 9 saylı RETSİ-nin əməkdaşların törətdiyi cinayətlər barədə faktlarla subut və materiallar təqdim edəcəyik

Həmən kadrları sizə təqdim edirik. Siam.az olaraq arşı tərəfin  mövqeyini  işıqlandırmağa hazırıq.





https://turkdunyasi.az/manset/3635-cenab-prezidentin-diqqetine-ekologiyamizi-mehv-eden-kimlerdir.html?fbclid=IwAR0nr5TFTYLzclQbDZLkpMEkiic3BD4MGw2eQUfnWPoc5hKAtBhdrsVVDzE#.YvTmsS96lq0.facebook
Tarix: 12-08-2022, 16:20




Xəbər lenti

{sape_links}{sape_article}