Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb - FOTO

Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Şəhidlər Abidə
kompleksini ziyarət edib, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.
Anım mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ümummilli
Liderin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir
iştirakçıları abidələrin önünə gül dəstələri düzüblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və
Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid
ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Tarix: 30-03-2024, 14:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}