Rayon rəhbəri 85 yaşlı şəhid anası Səmayə Əkbərovanı ad günündə ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon
Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi
Əkbərov Vüqar Əsgər oğlunun anası Əkbərova Səmayə Süleyman qızını 85
illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra
başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid
anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim
edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, birinci Qarabağ müharibəsi şəhidi Əkbərov Vüqar Əsgər oğlu
1971-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Doğulduğu
kənddə 8 illik məktəbi bitirib. Təhsilini 96 No-li Texniki Peşə Məktəbində
davam etdirib. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi
hərbi xidmətdə olub. 1992-ci ilin sentyabr ayında Ağdərə Polis Şöbəsində işə
qəbul edilib. O dövrdə Ağdərə polis şöbəsi hərbçilərlə birgə bölgədə erməni
faşistlərinə qarşı döyüşmək tapşırığı almışdı. Torpaqlarımızın azad
edilməsində bilavasitə iştirak etmək tapşırığı almış Ağdərə polisinin bütün
əməkdaşları kimi Vüqar Əkbərov da erməni işğalçılarına qarşı döyüşlərdə
iştirak edirdi. 1992-ci il dekabr ayının 14-də Ağdərə rayonunun Çıldıran
kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Subay idi. Qaynaq kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət 
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 2-04-2024, 10:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}