Evoğlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar-qəbul görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq  tövsiyyələrinə
uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri
bilavasitə yerində öyrənmək  onların rastlaşdıqları problemləri vaxtında aradan
qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının  Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə
sədri  kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Evoğlu kəndində görülən işlərdən,
sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən,
rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində
həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz  su ilə
təmin olunur.
Qeyd olunub ki,Evoğlu kənd İƏD-nin 1625 hektar ərazisi, 547 təsərrüfatı, 2269 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası,1 mədəniyyət
evi, 1 tibb məntəqəsi, 7 ticarət oyekti, 4 iaşə obyekti, 3 məişət obyekti faəliyyət göstərir.
Kənd sakinləri əkinçilik  maldarlıqla məşğul olurlar. Sakinlər 1540 baş iribuynuzlu,
1340 baş xırdabuynuzlu heyvan, 6790 baş quş, 80 a ailəsi saxlayırlar.
Son üç ildə Evoğlu kəndində 5 km məsafədə kəndarası yollar təmir edilib, su arxları
8 km lildən təmizlənib, kənd ərazisində 2200 ədəd çəkil, 150 eldar şamı  300 müxtəlif
növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq  üstünlüklərini
qeyd edib  https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah  onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha,
narkotok  psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə
güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Seymur Əhmədov suvarma arxından çıxarılaraq yol kənarına
tökülmüş lilin ərazidən təmizlənməsi, Hakim Əliyev həyətyanı torpaq sahəsi ilə təmin
olunması, Xasay Hüseynov yararsız halda olan iki içməli su bulağının təmir olunması,
Kamil Məhərrəmov oğlunun işlə təmin olunması, Zahid Əliyev yeni qazılmış subartezian
quyusunun elektrik şəbəkəsinə qoşulması  digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri  qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-04-2024, 11:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}