Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Eldar Səlimovu evində ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon
Təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu kəndində Birinci Qarabağ
müharibəsi əlili Səlimov Eldar Dadaş oğlunu evində ziyarət edib, onun 
ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu
gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz
bərpa edilib.
Qeyd edək ki, Eldar Səlimov 1993-cü il may ayının 1-də hərbi xidmətə yollanmış
və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə
iştirak etmişdir. 1994-cü il yanvar ayının 13-də həmin istiqamətdə düşmənin
atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Eldar Səlimova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik
təyin edilmiş, dövlət tərəfindən mənzillə təmin olunmuşdur.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-04-2024, 11:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}