Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə
keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov,
rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və
təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının
icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş
məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial
qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD
üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi,
əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə
işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə
səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud
qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi,
aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə
bağlanmış müqavilələrin vəziyyəti, barama saxlanılacaq kümxanaların hazır
vəziyyətə gətirilməsi, fermerlərin əkinlərini bəyan etmə prosesinə cəlb
olunması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində,
yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə
olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov,
YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi
Ədalət Məmmədov və “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının
direktor müavini Elmir Mustafayev çıxış edib.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti
qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Müşavirənin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi
(1923-2023)” yubiley medalı ilə təltif etmiş rayon Ağsaqqallar Şurasının sədri
Faiq Məmmədova və 97 saylı Tərtər-Naftalan-Goranboy seşki dairəsinin katibi
Tofiq Hüseynova yubiley medalları təqdim edilib.
Ziyalılar onlara göstərilən diqqətə və ali mükafata görə respublika prezidenti
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.

Tarix: 2-04-2024, 19:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}